Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zorlama olayının pərdəarxası və trollar taborunun terroru


Lerikdə baş verən rüsvayçı hadisənin iştirakçıları qaldı qıraqda, sosial şəbəkə trolları olayla yaxından, uzaqdan əlaqəsi olmayan adamlara, ən çox da bu sətirlərin müəllifinə hücum etdilər. Nə var, nə var, ortaya çıxan faktın tibbi tərəfinə dair bir neçə kəlməlik izahat verməyə çalışmışdım


Özü də mənim şərhimdə o lerikli qız haqqında konkret bir cümlə yox idi, cümlə “elə qızlar olur ki” girişi ilə başlayırdı.

Tez yetişmə o demək deyil ki...

Söhbət akselerasiyadan, tez böyümə, cinsi yetişkənliyə tezçatma hadisəsindən gedirdi. Dünyada belə bir tendensiya var, son əlli ildə xeyli şiddətlənib. Xüsusilə də isti ölkələrdə. Yazıçı-tərcüməçi, filoloq alim Qəzənfər Paşayevin hələ 33 il öncə İraqda işlədiyi vaxt yazdığı “Altı il Dəclə-Fərat sahillərində” kitabında da bu barədə qeydlər var. Alim iraqlı qızların 13-14 yaşında ərə verilməsinin təkcə adət-ənənələrlə bağlı olmadığını, eləcə də qızların artıq cinsi münasibət üçün yetişkin olduqlarına görə baş verdiyini yazır.

Erkən nikahlar və cinsi həyata erkən başlama tendensiyası bütün dünyada var. Ancaq elmi-tibbi baxımdan sübut olunub ki, erkən cinsi həyata başlamaq həm orqanizm üçün zərərlidir, həm də ictimai həyata hazır olmaq baxımından məqsədəuyğun deyil. Elə qanunvericilikdə nikah yaşının 18 (istisna hallarda 17) nəzərdə tutulmasının əsası da bu kimi tibbi, sosioloji müddəlara əsaslanır.

Bu da o deməkdir ki, azyaşlılarla cinsi əlaqəyə girmək, onları bu əlaqəyə təhrik, təşviq etmək cinayətdir. Həm də ciddi cinayətdir. Erkən cinsi əlaqəyə başlamağın nə cinayət, nə də qəbahət olmadığı, belə faktların ümummili rüsvayçılıq sayılmadığı ölkələrdən fərqli olaraq, bu, Azərbaycan kimi ölkələrdə xüsusilə ağır cinayətdir, böyük bir rüsvayçılığa, eləcə də ardınca digər cinayətlərə (o cümlədən intihara sövq etmə və qətl) rəvac verə biləcəyi üçün ağır kriminal hadisədir.

Ancaq belə bir nüans da var ki, hər cinsi əlaqə də zorlama deyil. Bir azyaşlı qız və yetkin oğlan könüllü, qarşılıqlı razılıq əsasında, sırf bir-birini sevdikləri üçün də cinsi münasibət yaşaya bilərlər. Bu da tərəflərin məsuliyyətini, xüsusilə də yetkin gəncin günahını azaltmır, onu məsuliyyətdən azad etmir.

Ona görə də məsələyə bu cür, hərtərəfli, daha geniş prizmadan yanaşarkən, bu, hələ o anlama gəlmir ki, müəllif uyğun hadisədəki tərəflərin hansınısa qınayır, yaxud da kiminsə tərəfini tutur. Əsla! Hər kəs öz həyatını yaşayır, problemlərini necə, nə cür həll edəcəklər, özləri, ağsaqqal bilər. Yəqin ki, istər hüquqi, istərsə də məişət müstəvisində bunun bir yolu tapılacaq. Belə hadisələr həmişə olub və həmişə də çözülüb. Gendən durub insanların həyatına aid ssenarilər diktə etmək heç kəsin həddi deyil.

Trolların “stəkanda fırtınası”

Bu baxımdan sosial şəbəkədə qopmuş tufan sadəcə “stəkanda fırtına” idi. Hər şeyi qırağa qoyaraq adi bir fikir bildirmiş şəxsə hücumlar isə isterikanın zirvəsiydi. Bu qədər çılğınlığa, hövllənməyə, özünü Dostoyevskinin dərdli personajlarının yerinə qoyaraq əsəbi monoloqlar irad etməyə ehtiyac yox idi.

Hərçənd bu çılğınlığın hansı səbəblərdən ortaya çıxdığı da aşağı-yuxarı məlumdur, izahı var.

Çoxdandır bu ölkədə sosial şəbəkə siyasi mübarizə meydanıdır. Hər kəs öz təbliğat-təşviqatını, intriqasını burada aparır. Trolların başqa işi-gücü yoxdur, gündəm xəbəri olmuş istənilən olaydan öz siyasi rəqiblərini “vurmaq” üçün istifadə etməyə çalışırlar. İqtidar tərəfdarları da əllərinə düşən münasib faktlardan müxalifətçilər əleyhinə yararlanmağa cəhd edir, müxalifətçilər də hər olaydan, faktdan eyni məqsədlə yararlanmaq istəyirlər.

Lerikdə zorlamada ittiham olunan oğlanın təqdimatında bir “məmur qohumu” ifadəsi keçmişdi, siyasət trolları bundan yapışaraq hay-küy qoparmışdılar, yazırdılar ki, öz vəzifə mövqelərindən istifadə edərək işin üstünü ört-basdır edirlər. (Adı göstərilən məmur isə hətta rayon səviyyəsi üçün onuncu dərəcəli bir vəzifənin yiyəsidir).

Bu hadisənin çılğın reaksiyalara səbəb olmasının əsas səbəbi bu idi. Əksinə olsaydı, yəni azyaşlı qız məmur övladı, onunla cinsi əlaqədə olan oğlan isə çoban oğlu olsaydı, bu məsələ bu qədər böyük ajiotaj doğurmayacaqdı, hətta özünü ülgücləyən bir çoxlarının hadisəyə münasibəti belə olacaqdı: “Yaxşı eləyib, düyə göz eləməsə...”

Hər bir hadisəni bu cür zümrələrarası münaqişəyə çevirmək, ictimai təbəqələr arasında nifrət yaratmaq və onu körükləyib qızışdırmaq istəyənlər ona görə hövlləndilər ki, onların düşüncəsi ilə düz gəlməyən bir fikir səslənmişdi.

Bizdə onsuz da çoxdan belədir: sosial şəbəkənin əksər fəalları bir hadisənin əsl məğzini, təfərrüatlarını bilmədən, eləcə xəbər başlığını oxuyaraq uzaq gedən nəticələr çıxarır, birmənalı hökmlər verirlər. Bir çoxları da sadəcə küyə gedir. Təfərrüatlar sonra meydana çıxır, məlum olur ki, çoxları fikir bildirərkən tələsib və yanılıb. Amma bunun artıq heç nəyə dəxli yoxdur, söyülən söyülüb, təhqir olunan olunub. Ən pisi odur ki, bu, tezliklə sağalan xəstəlik deyil.

Feministlərin yanlış düşüncəsi: “Qadın həmişə məsumdur, kişi həmişə təqsirkardır”

Bir də belə məsələlərə sırf qadın həmrəyliyi baxımından, feminist düşüncələrlə yanaşanlar var. Hücumçuların arasında siyasi trollarla yanaşı elələri də vardı. Bu xanımlar üçün bütün hallarda kişilər günahkardır - əgər qadın əri tərəfindən döyülübsə də, kişi təqsirkardır, hətta kişi arvadı tərəfindən öldürülübsə də, yenə kişi suçludur. Bu cür düşünənlər həmin şərhdə öz betonlaşmış fikirlərinə əks mövqe görmüşdülər. Hərçənd hər bir hadisənin bütün detallarına baxmaq, hər kəsin məsuliyyət payını ayırd etmək, insanların suçunu müəyyən edərkən cinsi fərq qoymamaq lazımdır. “Qadın həmişə məsumdur, qurbandır, kişi həmişə aqressivdir, günahkardır” kimi bir mövqe obyektiv mülahizə deyil.

Trolların daimi hədəf axtarışı

Qayıdaq trollara. Bir daha sübut olunur ki, onlar heç bir polemika mədəniyyəti olmayan, birinci, ən uzağı ikinci cümlədəcə təhqiramiz ifadələr, açıq söyüşlər işlədən, mübahisəyə girişdiyi adamı kriminal aləm ünsürlərinin etdiyi kimi “neprav çıxarmağa” çalışan adamlardır. Onlar elə bilirlər ki, mübarizə aparırlar. Özlərini haqq-ədalət carcısı, dürüstlük mücəssəməsi sayırlar. Ancaq elə deyillər, çoxu qərəzli və ədəbsizdir. Bu şəxslər söyüşü, təhqiri mübarizə üsuluna çevirmiş təşkilatlarda birləşiblər, bəzən komanda alanda, bəzən də sırf spontan şəkildə kiminsə üstünə hücuma keçirlər. Elə bir gün olmaz ki, kütləvi şəkildə söymək, qınamaq, pisləmək üçün hansısa bir hədəf tapmasınlar. Bu deputat da ola bilər, adi jurnalist də, yazıçı da, məmur da. Bu trolların psixoloji terroru üzündən artıq tanınmış insanlar heç nə barədə fikir bildirmək istəmirlər, kütləvi şəkildə söyüləcəklərindən qorxurlar.

Trollar özlərinin bütün aqressiyalarını, enerjilərini bu yolla, virtual inqilabçılıqla tükədir, sakitləşirlər. Bu, artıq həyat tərzinə çevrilməkdədir. Belələrinin arasında ən cürətlilər xaricdə olanlardır. Onlar düşünürlər ki, hər kəsi söyə bilərlər, heç kimin əli onlara çatmayacaq. Bəziləri də yalandan ünvanlarını xaricdəymiş (Türkiyə, Almaniya, Hollandiya, Fransa) kimi göstərirlər, amma əslində buradadırlar və sutka ərzində hər hadisəyə münasibət bildirirlər.

Bəs bu virtual mübarizənin, çılğınlığın, həqarət, nifrət püskürməsinin sonu necə olacaq? Belə edənlər, nəhayət, sakitləşəcək, uğur qazanacaqlarmı? Əl-əlbət, sakitləşəcəklər, amma uğur qazana bilməyəcəklər. Bu sektant təfəkkürü (“bizə qarşı olanların dili, başı kəsilməlidir”) ilə heç bir siyasi uğur qazanmaq mümkün deyil. Trollar taborunun terror iflasa məhkumdur.(musavat.com)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar