Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zora öyrəncəli, dəhşət saçan insanlar...


Qılınc müsəlmanı... Uzun zamanlardan bəri xalqımız məhz bu cür xarakterizə edilir. Bəlkə də yaşadığı tale, tarixən başına gətirilən müsibətlər millətimizi bir növ hansısa qaydanı, ənənəni zorən mənimsəməyə, “zorakılıqlar tətbiq etməklə yaşamaq” düşüncəsinə kökləyib. Sanki bu cür yaşam tərzi qanına, geninə sirayət edib insanlarımızın...


Biabırçılıqdır, müstəqil olduğumuz 23 ildə normal həyat tərzi, müasir ənənələri könüllü, təbii axarla formalaşdıra bilməmişik və vəziyyət getdikcə kritikləşir. İnsanlar elementar - yazılmamış qaydaları, texnika ilə davranışı, toy-yas məclislərini, hansısa anlaşılmazlığı öz məcrasında reallaşdırmağı qavramaqda sanki acizdirlər. Artıq elə bir durum yaranıb ki, hər hansı bir məsələdə məcburiyyət, sərtlik anlayışına nifrət edən biri olsam da, adamlarımıza qadağalar, sərt qaydalar tətbiq edilməsinin tərəfdarına çevrilmişəm. Çünki başqa yol görünmür.
Son iki-üç həftədə ölkəmizdə baş verən hadisələr cəmiyyətin son dərəcə təhlükəli, idarəolunmaz hala düşdüyünün göstəricisidir. 
Birinci nümunə; neçə illərdir insanlar dəbdəbəli yas mərasimlərindən ikrahla danışırdılar. Hökumət yas məclislərinə məhdudiyyətlər tətbiq etməyə başlayıb. Düzdür, hansısa məmurun yası düşən adamın həyətinə soxulub zorakılıqlar etməsi də yolverilməzdir, bu da gec-tez qanla bitə bilər. Amma ümumilikdə bu dəbdəbəli məclislərlə vidalaşılmalıdır, bunu el ağsaqqalları tənzimləməlidir və insanlar da qəbul etməlidirlər. Və bu qaydalar təkcə kasıb-kusuba deyil, şeyxin obyektlərində də tətbiq olunmalıdır. Ancaq indi bu məsələdə mərəkə qopub, insanlara bu qaydaları zorən tətbiq etmək məcburiyyəti yaranıb...
İkinci nümunə; ölkəmizdə toy “ənənələri” də əndazəni çoxdan açıb. Bunlar təcili dəyişməlidir. Söhbət təkcə şadlıq evlərindəki fantastik menyuların dəyişdirilməsindən getmir. Həm də özünü toyda, gəlin gətirmədə aparmaqdan gedir. Məsələn, bir neçə gün öncə Ağcabədidə keçirilən toy mərasimində 7 nəfər bıçaqlandı, onlardan biri - bəyin xalası oğlu dünyasını dəyişdi. Bu toydurmu? İnsan toya gəldiyinin fərqində deyilsə, onun bu məclisdə nə işi var?... 
Sentyabrın 29-da isə Ağsudan Göyçaya toya gələn maşın karvanındakı bir “Mercedes” nə oyunlar çıxarırmışsa, qarşıdan gələn CİP-ə çırpılıb, nəticədə 9 nəfər ölüb. Toy vaya dönüb, üstəlik “Mercedes”in sürücüsü öz arvadını, qızını, gəlinini, körpə nəvəsini öldürdü, eyni zamanda toqquşduğu avtomobildəki bir ailəni - yaşlı ər-arvadı və onların gəlinin də məhv etdi. 
Dünən də Goranboy rayonunda yol qəzasında Bəxtiyar Əhməd oğlu Eyvazov idarə etdiyi “Renault” markalı avtomobili ağaca çırpıb. Qəza zamanı avtomobildə olan sərnişin, Bakı şəhərindən Bəxtiyarın oğlunun kiçik toyuna gedən Roman Məmmədov ölüb. Roman toya getmişdi, ölməyə yox...
Bunları eşidəndən sonra bahalı toy menyuları ilə yanaşı, toy karvanlarının qadağan edilməsi təklifi də gündəmə gəlir...
***
Yeri gəlmişkən, ümumiyyətlə, sentyabrın 29-u və 30-da ölkədə baş verən yol qəzalarında 20-dən çox insan ölüb! Bütövlükdə sentyabr ayında isə 100-ə yaxın Azərbaycan vətəndaşı yol qəzalarında dünyasını dəyişib.
Belə biabırçılıq olarmı? Sanki ölkədə müharibə gedir. 
***
Cəmiyyətin problemləri təkcə maşın sürmək, toy və yas deyil. Ümumiyyətlə, sanki insanlar əksərən başını itirib, psixoz vəziyyətdədir, bütün məsələlərdə nə etdiyinin fərqində deyil. Ətrafımızdakı adamlar istər toyda, istər sükan arxasında, istər küçədə təhlükə saçır! Bu qəbildən olan dəhşətli bir hadisə sentyabrın 30-da baş verdi. Sumqayıt sakini bir qızı evlənmək adı ilə qaçırıb. Qız buna etiraz edib. Bu səbəbdən oğlan maşında olan benzini həm qızın, həm də özünün üzərinə tökərək yandırıb.
Bu nə deməkdir? Belə evlənmək olur?... 
Oktyabrın ilk günündə isə Azərbaycanda indiyədək görünməmiş qətliam baş verdi. Goranboy rayon sakini Rafiq Hüseynov qayınatasının evinə gələrək, öz arvadı da daxil olmaqla, onların 7 ailə üzvünü qətlə yetirib, 2 nəfəri isə yaralayıb.
Oktyabrın 1-də Sabunçu rayonunda isə Rafiq Kərimov adlı birisi 50 yaşlı arvadını bıçaqlayıb... 
Bu olaylar insanda belə bir qənaət formalaşdırır ki, ölkədə xeyli insan potensial İŞİD-çidir, terrorçudur, zora, faciə törətməyə meyllidir, hər dəqiqə hər birimizi qətlə yetirə bilərlər!
Çox dəhşətli bir durumdur; insanlarla ciddi işləmək, əhali arasında maarifləndirmə işlərinə başlamaq və ADAM KİMİ YAŞAMAĞIN qaydalarını hər kəsə öz başa düşdüyü dildə təbliğ etmək lazımdır. Hətta bəzilərinin anladığı başqa dil olmadığı üçün yaşam qaydalarını ona zorən öyrətmək gərəkir... Necə deyərlər, könüllü öyrənməyəcəksənsə, zorla öyrədəcəklər. Cəmiyyət mühəndisləri hərəkətə keçməlidir, hansısa bir yolla cəmiyyəti normallaşdırmaq, sağaltmaq lazımdır. Yoxsa gec-tez hər birimiz bu dəhşətlərin qurbanı olacağıq. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar