Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun sabiq müşavirinin vəkili danışdı


Ceyhun Yusifov: “Rövşən Əhmədovun barəsində məhkəmənin həbsli axtarış qərarı var”


Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin ölkədən çıxışına stop qoyulması xəbərinə vəkili Ceyhun Yusifov münasibət bildirib. 

Vəkil müvəkkili barəsində cinayət işinin başlanması, ölkədən giriş-çıxışına qadağa qoyulması haqda məlumatların doğru olmadığını bildirib.

 “Məqsəd Rövşən Əhmədovun oğlu Şahmar Əhmədovun uydurmasını ortaya atmaqdır. Bu gün konkret olaraq Rövşən Əhmədovun barəsində məhkəmənin həbsli axtarış qərarı var. Üç dəfə barəsində cinayət törətdiyinə görə hökm çıxıb. Qızıl oğurlanandan sonra 2 gün ərzində 700 min manatlıq əmlak əldə ediblər. Bundan başqa, avtomobilin dövlət qeydiyyat nişanı Rövşən Əhmədovun oğlu Şahmar Əhmədovun satması ilə bağlı Daxili İşlər Nazirliyinə videomaterial göndərmişik. O, vəzifə səlahiyyətini aşıb,  etibardan sui-istifadə edib. Bu gün də konkret olaraq şər-böhtan atırlar. Biz hüququn aliliyinə inanırıq və növbəti dəfə müraciət edərək hüquqlarımızın bərpa olunmasına nail olacağıq”.

Vəkil deyib ki, qarşı tərəfin məqsədi ictimaiyyətin diqqətini növbəti dəfə digər istiqamətə yönəltməyə hesablanıb: “Özlərinin qanunsuz fəaliyyətlərini ört-basdır etmək üçün 3 yuxu dərmanı atıb xəstəxanaya uzanıblar”.

C.Yusifov müvəkkilinin ölkə ərazisində olduğunu, heç yerə getmədiyini də bildirib.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib. İttihama aktına əsasən, o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirib. 2016-cı il aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra bu qərardan protest verib. Onu da bildirək ki, R.Əhmədov bir neçə gün əvvəl yaşadığı evdə dərman içib. Ailə üzvləri onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb. Onun həyatını xilas etmək mümkün olub. R.Əhmədovun cibindən məktub çıxıb. O, məktubda intihara cəhd etməsinin səbəblərini qeyd edib. Bildirib ki, intihar cəhdinə səbəb Çingiz Baxşıyevdir. Həmçinin ailəsinin təhlükədə olduğunu qeyd edib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar