Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun qardaşına qarşı ağır ittihamlar


Bakı-Qazax magistralında hərəkət edən sürücülər Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun işçisinin reketlik hərəkətlərindən zinhara gələrək kömək üçün PİA.AZ-a müraciət ediblər. Həmin müraciəti kiçik ixtisarla oxusularımızın diqqətinə cəlb edirik:


“Ziya Məmmədovun rəhbərlik etdiyi  qurumun kollektivinin millətimizə çəkdirdiyi zülm və iztirabları məcburi köçkünlər belə yaşamayıblar. Ailə şirkəti kimi fəaliyyət göstərən bu qurumun “gözdən, könüldən uzaq” 85 saylı “Yol İstismarı” MMC-nin rəhbəri nazirin qardaşı Nəriman Məmmədovdur. 

“Hesabatları” etibarlı əllərdə olmaq xatirinə qohum-əqrəbasını, həmkəndlilərinə ətrafına toplayan bu şəxs öz fəaliyyətini raketçilik prinsipləri əsasında qurub.

Adı çəkilən MMC-nin 3 saylı səyyar TNM-nin isə Nəriman Məmmədova ən çox gəlir gətirən bir qurumdur. Bakı-Qazax yolunu inhisara alan bu qurumun əvəzedilməz, soyğunçu məmuru Bəxtiyar adlı şəxsdir. Pula olan hədsiz sevgisi bu məxluqda o qədər güclüdür ki, magistralda hərəkət edən hər bir maşın və texnika mütləq saxlanılıb, onun hüzurunda durmalıdır.

Qanunlara məhəl qoymayan, bu adam rüşvət xətrinə istənilən sürücünü şər, böhtanla damğalamağa qadirdir. Sürücülərlə əzazil davranmasının kökündə yeganə məqsədi pul qoparmaqdır. Hətta ölkəmizə yük gətirən xarici sürücülər də Bəxtiyarın hərəkətlərindən aidiyyəti qurumlara şikayətdə bulunublar. Xüsusi kodlar altında işləyən bütün maşın və texnika sahibləri həcminə görə bu şəxsə aylıq 300-500 manat ödəyir, əks təqdirdə Bəxtiyarın tətbiq etdiyi “qanunlar”la həmin texnikalar “cərimə meydançalırında” saxlanılır. Əgər diqqət yetirsək şahidi olaraq ki, respublikanın ən hərəkətli bu yolunda ayda yüz minlərlə nəqliyyat vasitəsi xidmətdədir. 

Təxmini hesablarla Bəxtiyarın aylıq rüşvəti milyonlarla ölçülür. Ona himayədarlıq edən Nəriman Məmmədovun təbii ki, onun soyğunçuluq hərəkətlərinə göz yunması başqa mətləblərdən xəbər verir. Ölkə adına, hakimiyyətə utanc gətirən bu acı reallıqdır. O ki, qaldı bu qurumun rəhbər şəxslərinə onlara utanmaq duyğusu yaddır”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Ceyhun Zeynalov 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar