Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun oğlundan alınan bazar batır – Foto

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlundan alınan ticarət mərkəzi batır. Söhbət “28 May” keçidindəki köşklərdən gedir


Reportaj hazırlayarkən burada alverin zəiflədiyini öyrənirik. 

“Qarant” holdinqə aid olmuş köşklərin işi daha da pisləşib.

Satıcılar buna şəhərdə çoxalan ticarət obyektlərinin təsir etdiyini bildirirlər. “28 May” ticarət mərkəzinin xüsusi mülkiyyətçisi “Royal İsteyt” MMC idi.

Bu firma Anar Məmmədovun rəhbərlik etdiyi “Qarant” holdinqə daxil idi. Sonra köşklər söküldü, ticarətçilər aksiyalara başladı, sahibkarların pulu batdı.

A.Məmmədovdan ticarət mərkəzi alındıqdan sonra yeni qaydalar qüvvəyə mindi. Nəticədə onlarla ticarətçi zərər çəkdi.

Hazırda ticarət obyektlərinin qapıları açıqdır, müştərilərə ucuz qiymətə mallar təklif edirlər. Amma ətrafdakı mağazalar onları bazardan çox sıxışdırıb.

“28 Mall” açılanda bizim bazarımız öldü. Çünki orda da bəzi mağazalarda qiymətlər ucuzdur, gedib ordan alırlar”, – deyə satıcı Rəşad deyir.


Onunla yanaşı mağazada işləyən Vüsalın sözlərinə görə, “Royal İsteyt” MMC çoxlarının haqqını tapdaladı, bir hissəsi buranı tərk etməli oldular.

Bu keçiddə ticarət fəaliyyəti 1987-ci ildən başlanıb. Keçid uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olub.

1997-ci ildə isə ölkə başçısının tapşırığı ilə keçiddə köçkünlər, əlillər və şəhid ailələrinin xırda ticarətlə məşğul olmaları üçün şərait yaradılıb.

2001-ci ildən keçid təmirə bağlanıb. Nəqliyyat Nazirliyi tərəfindən təmir olunan bu yeraltı keçid 2009-cu ildə “ZQAN” Holdinqə icarəyə verilib.


Bu şirkət isə köşkləri həmin Qarabağ əlili və şəhid ailələrinə deyil, ayrı-ayrı sahibkarlara icarəyə verib.

Bir neçə il əvvəl mağazalarının əllərindən alınmasına etiraz edən bu şəxslər Nəqliyyat Nazirliyinin və Prezident Administrasiyasının qarşısında dəfələrlə etiraz aksiyaları keçirmişdilər. Nəticəsi nə oldu? Onların tələblərinə müsbət cavab vermədilər.

Ticarət mərkəzinin hansı qurumun tərkibində olduğu bilinməsə də, icarə haqları Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti yığır.

Amma tacirlər işləyə bilmirlər və yer haqlarını ödəməkdə çətinlik çəkirlər. Onlar ümid edirlər ki, bazar dərslərin başlanması ərəfəsində qızışacaq.

“Camaat istirahətə gedir, kimisi xaricə, kimisi səfalı rayonlarımıza…Kimdir indi özünə ayaqqabı, köynək alan? Odur ey Türkiyədə su qiymətinə satırlar.

İndi şəhərdə mağazalar da çoxdur, milət qaranlıq keçidlərə düşməyə də tənbəllik edir”,-deyə Famil şikayətlənir. Haqlıdır, bəlkə də…(AzEuroNews.com)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar