Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun oğlu media layihəsini gerçəkləşdirdi


Onun jurnalı satışa çıxarıldı


“Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov nüfuzlu “National Geographic” jurnalının Azərbaycan dilindəki ilk buraxılışını dərc etdirib.

Sentyabrın 1-dən 1-ci sayı işıq üzü görən “National Geographic Azərbaycan” jurnalı bu gündən satışa çıxarılıb.

Jurnalın redaksiyasından Modern.az saytına bildiriblər ki, azərbaycanlı oxucular dünyanın ən maraqlı, ən cəlbedici jurnalını doğma dildə oxumaq üçün onu “Qasid” firmasının köşklərindən ala bilərlər. Jurnalın qiyməti 4 manatdır.

“Qarant Holdinq” şirkətlər qrupunun bu il martın 3-də “National Geographic” jurnalı ilə imzaladığı müqaviləyə əsasən, dünyanın ən nüfuzlu “National Geographic” jurnalı ilk dəfə Azərbaycanda dərc olunur. Bu, Anar Məmmədovun ilk media layihəsidir.

Qeyd edək ki, “Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O həm də Azərbaycan Qolf Federasiyasının prezidentidir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar