Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun oğlu biznes aktivlərindən daha birini əldən verdi


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bir vaxtlar iqtisadiyyatın az qala bütün sektorlarına sirayət etmiş ailə biznes imperiyası sürətlə sökülməkdədir və belə görünür ki, məmmədovlar klanının iqtisadiyyatda mövcudluğu tamamilə aradan qalxmaqdadır


Bu klanın əlindən çıxan növbəti biznes aktivi isə məşhur KFC restoranları şəbəkəsidir.

Virtualaz.org xəbər verir ki, KFC restoranlarını idarə edən və Ziya Məmmədovun ailə biznes imperiyasını birləşdirən “Garant Holding”in portfelinə daxil olan “AFK” şirkəti mülkiyyətçisini dəyişib. Bu şirkətin sahibi hazırda ölkənin iri holdinglərindən olan “Gilan Holding”dir. “AFK” şirkətinin “Gilan Holding”in portfelinə daxil olduğu barədə məlumat holdingin saytında yer alır.

Məşhur KFC fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir işadamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.

Şəbəkə «Garant Holding»ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metro stansiyası yaxınlığında yerləşən tarixi binada açılmışdı. Ötən ay həmin restoran «başqa ünvana köçmək» adıyla bağlanıb.

Xatırladaq ki, “Garant Holding”ə Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik edirdi. O, neçə vaxtdır ki, Azərbaycandan gedib və Londonda yaşayır. “Garant Holding”in ofisi isə bağlıdır, şirkətin telefonları söndürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar