Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun dağılan inhisarı...

Ötən gün paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ilə nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərindən biri də əlindən alındı


Bundan əvvəl Xəzər Dəniz Gəmiçiliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yalnız formal olaraq Nəqliyyat Nazirliyinə tabe olması mübahisə mövzusu idi. Ən bəsit müşahidə belə kifayət edir ki, həmin qurumların heç birinin Ziya Məmmədova hesabat vermədiyini açıq-aşkar görəsən. Belə ki, nazirin keçirdiyi kollegiya iclaslarına Xəzər Dəniz Gəmiçiliyi və “AZAL” rəhbərləri adətən qatılmır.

İddialara görə, Cahangir Əsgərovla nəqliyyat naziri Ziya Məmmədov arasında konflikt o həddə çatıb ki, “AZAL” prezidenti “Bənövşə” adı almış “London taksiləri”ni şəxsi nəzarətində olduğu məkana – Bakı aeroportuna buraxmır.

Ötən gün isə paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ilə nəqliyyat nazirinin daha bir səlahiyyəti əlindən alındı.

Beləliklə, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verdi. Bundan sonra Nəqliyyat Nazirliyi BŞİH-lə birlikdə cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərinin müəyyən edəcək.

Qeyd edək ki, buna qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təkbaşına təşkil edirdi. Yəni paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “Transgeyt” şirkətinin inhisarında idi.

Modern.az saytına verilən məlumatda iddia olunur ki, Nəqliyyat Nazirliyinin əsas müəssisəsi olan “Azəryolservis” ASC də Z.Məmmədovun kurasiyasından çıxarılacaq. Muxtar şirkət təsiri bağışlayan ASC-nin səhmlərinin yarı faizi Nəqliyyat Nazirliyinə məxsus olsa da, “Azəryolservis” sədri Cavid Qurbanovun hazırki mövqeyinin ölkənin hakim elitasında nazirinkindən daha güclü olduğu göz qabağındadır.

Bir sözlə, onun Z. Məmmədova tabeçiliyi formal xarakter daşıyır və yaxın vaxtlarda ASC də nazirliklə yollarını ayıracaq.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar