Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədov qara maskalılara başçılıq edib... və “Hafka”nın oğlunu tutub

Ziya Məmmədov xüsusi təyinatlılarla hücum edib “Hafka”nın oğlunu tutdu: "Atana de, oyun bitdi!"


Sahibkar Hafiz Məmmədov (işgüzar dairələrdə daha çox “Hafka” adı ilə tanınır) virtualaz.org-un redaksiyasına öz birinci müraciətində biznes üzrə dost-partnyorlarının onun biznes-imperiyasını ən alçaq yollarla necə fəlakət həddinə çatdırdıqlarından bəhs etmişdi.

Bu gün isə o, oxuculara həmin vaxt yüksək vəzifələr tutan və hələ də azadlıqda gəzən şəxslərin bütün cinayətkar hərəkətlərinin mahiyyətini açmağa qərar verib. Bəli, görəndə ki, sahibkara qarşı əl altından hazırlanan xain planlar lazımi nəticələr vermir, partnyor-oliqarxlar öz kriminal imkanlarını işə salıblar.

H.Məmmədov yazır ki, bu əhvalatı heç vaxt unutmayacaq: “Düzünü desəm, onu kiminləsə bölüşmək barədə də düşünmürdüm. Amma bu gün düşdüyüm vəziyyət, hansında ki, onun təşəbbüskarlarının aktiv rolu var, məni məcbur edir ki,  bütün detalları ictimaiyyətə çatdırım.



2014-cü ilin isti iyun günündə Azərbaycan paytaxtının mərkəzində baş verən hadisə kiməsə yalnız adi detektiv əhvalat kimi görünə bilər. Amma mənə yox... Bir gün sonra oğlum Kənanın toyu olmalı idi, o qədər qayğılar vardı ki?! Üstəlik də mənə və ümumi işə sədaqət andı içmiş “başqa köhnə dostların" məni hər tərəfdən bürüyən bir çox problemləri. Bəli, qəliz hiylələrin yumağı daha kip yığılırdı və mən artıq yaxınlaşan növbəti qorxunc zərbəni bütün varlığımla hiss edirdim. Mən təbiətən zəif insan deyiləm,  sonuna kimi mübarizə apara bilirəm - bunu dostlar və düşmənlər də bilirlər. Amma nə vaxt ki, zərbəni haradan gözlədiyini bilmirsən, razılaşın, bu, insanı içdən parçalamağa başlayır. Ancaq o şeyləri ki, yüksək vəzifəli keçmiş dost- partnyorlarım mənə qarşı təşkil etdilər, mənim bütün gözləntilərimi üstələdi.

"Baharı" məndən necə aldılar

Bu problemlərdən necəsə çəkilmək üçün, bir müddət onlarla əlaqəni kəsdim, amma sonrakı hadisələr göstərdi ki, onlar başlanmış işi sonuna kimi çatdırmağa, yəni məni son ilməyə qədər sökməyə, bütün layihələrimi, o cümlədən “Bahar” yatağının işlənilməsi ilə bağlı ən bahalı layihəmi ələ keçirmək üçün qəti qərar veriblər. Günortaya Kənan zəng vurdu və açıq hiss olunan həyəcanlı səslə bildirdi ki, "əmisi” Ziya Məmmədovun başçılığı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı bölməsinın böyük bir dəstəsi məni axtarır. Oğlumun həyəcanının səbəbini sonra bildim. Onu bir neçə xüsusi avtomobillə “sıxaraq” saxladıblar. Qabaq maşından Ziya Məmmədov düşüb,  gözləyib ki, qara maskalarda on yekəpər oğlanlar da düşüb onun arxasında döyüş vəziyyəti tutsunlar. Bundan sonra, onu müşayiət edən xüsusi təyinatlı dəstəyə işarə edərək, lovğa-lovğa, təkəbbürlə Kənana deyib ki, oyun başa çatdı. Yəni atana de ki, dərhal görüşə gəlsin.



Ziya Məmmədov "spesnaz" komandiri kimi

Onda nəqliyyat naziri olan Ziya Məmmədovun MTN-in Xüsusi Təyinatlı Dəstəsinə necə başçılıq etdiyi mənim üçün bu gün də müəmma olaraq qalır. Eləcə də məni, ümumiyyətlə, hansı səbəbdən xüsusi təyinatlı dəstənin axtarması... Amma o anda, vəziyyəti necəsə yumşaltmaq üçün, ona zəng vurdum. Ziya ciddi şəkildə şəhərdəki məşhur mehmanxanaların birinə getməyimi, orada “Bahar” Operating Company şirkəti rəhbərliyinin keçirdiyi toplantıya qatılmağımı və öz səlahiyyətlərimdən imtina etməyimi "tövsiyə etdi". Bundan sonra ona qulaq asmağın mənası yox idi.  O qədər "mehriban tövsiyədən" imtina etmək mümkün deyildi. 

Oteldə toplantı: toplaşanlar "Hafka"nı gözləyir

Amma mehmanxanada nisbətən kiçik otağa daxil olanda mən daha çox təəccübləndim. Masanın baş tərəfində nazirin oğlu Anar Məmmədov oturmuşdu, masanın arxasındakı digər bütün yerlər də onun adamları tərəfindən tutulmuşdu. Və şirkətə rəsmən aidiyyəti olan yeganə şəxs, mənim amerikalı partnyorum Grenfeld şirkətinin başçısı… onların arasında kasıb qohum qismində vuruxurdu. Ona, tək rəsmi şəxsə, stul çatmamışdı – bütün stullarda mənim tanımadığım insanlar oturmuşdular və hiss olunurdu ki, onlar yalnız mənim gəlişimi gözləyirlər...



Və bu insanlar, qara maskalarda onları əhatə etmiş yekəpər oğlanların dəstəyini hiss edərək, kobud formada tələb etdilər ki, mən yazılı şəkildə “Bahar” Operating Company şirkətinin prezidenti vəzifəsindən imtina edim. Onlara izah etmək istədim ki, bütün bunlar qanunsuzdur, amma… əbəs yerə. Əvəzində onların"izahedici işi" daha effektiv oldu. Bir müddətdən sonra, anlayaraq ki, burada istənilən danışıqların tamamilə heç bir mənası yoxdur, müvafiq ərizəni yazmağa məcbur oldum, hərçənd belə imtinanın  tam mənasızlığını elə onda baş düşürdüm. Çünki müvafiq şikayətlə Dubayın hüquq-mühafizə orqanlarına müraciət etmək kifayətdir ki, beynəlxalq qalmaqal qopsun, xüsusi təyinatlıların işinin nəticələri ləğv edilsin və Hafiz Məmmədov şirkətin prezidenti vəzifəsinə bərpa olunsun.

"Canik"in dostu Emin Sadiq: elit fahişələrin düşkünü

Məsələ bundadır ki, “Bahar Operating Company” Dubayda qeydiyyatda idi və şirkətin rəhbərliyi ilə bağlı bütün dəyişikliklər ancaq bu ölkənin qanunları əsasında həyata keçirilə bilərdi. Lakin bizim başda Cahangir Hacıyev olmaqla bədnam sahibkarlarımıza öz sövdələşmələrini başa çatdırmaq üçün elə bu da kifayət edirdi. 

Mənim şirkətdəki payımı maliyyə baxımından ən alçaqcasına ələ keçirəndən sonra o, son nöqtəni qoydu və məni şirkətdən tamamilə uzaqlaşdırdı. Və “Canik” dərhal mənim yerimə özünün yaxın dostu, elit fahişələr və komfort düşgünü Emin Sadiqi təyin etdi. Hansı ki, tezliklə onun barəsində nəinki Azərbaycanın, qonşu ölkələrin də hüquq-mühafizə orqanları axtarış elan etmişdi.



Sonradan aydınlaşdırdım ki, MTN xüsusi təyinatlılarını birbaşa Eldar Mahmudovun əmri ilə hazır vəziyyətə gətiriblər. Adətən bu cür xüsusi təyinatlı dəstələri xüsusi təhlükəli cinayətkarları, terrorçuları zərərsizləşdirmək üçün istifadə edirlər. Yəni xüsusi təyinatlıları işə salmaqla onların mənə qarşı oyunlarında zarafat etmədikləri aydın idi.

Lakin hansı qanuni əmrdən söhbət gedə bilərdi ki, Eldar “Canikin” qudası idi. Qudanın sözündən çıxmaqmı olar? Buna görə nəinki xüsusi təyinatlılarının dəstəsini, bütün güc və qüvvələrini də oyuna atmağa hazır idi. Lakin bir məsələ qaranlıq qalırdı ki, nəqliyyat naziri hara,MTN xüsusi təyinatlıları hara? Bir halda ki, xüsusi təyinatlıların dəstəsində onsuz da kifayət qədər təcrübəsi olan yüksək rütbəli MTN zabitləri var idi.

Ziya Məmmədov hara, MTN hara

MTN bu cür fəxri missiyanı sıradan “xəbərçi”yə həvalə edə bilməzdi. Qoy oxucular özü düşünsün ki, nəqliyyat naziri MTN xüsusi təyinatlılarına necə başçılıq edə bilərdi. Bu barədə müvafiq dövlət strukturları da fikirləşsə pis olmaz. Mən bütün obyektlərimi, gəlirli aktivlərimi əlimdən necə aldıqlarına, əvəzində məni uydurma kreditlərin və borcların altında əzdiklərini göstərən cəmi bir misal göstərdim. Hamısını sadalasam buna vaxt çatmaz, üstəlik indi olanların çoxunu yada salmaq da asan deyil.

Bundan əvvəl “Canik”in mənim belimə əslində öz şirkəti “Heaney Assets Corporation”a verdiyi 112 milyon dollar və 3.6 milyon avronu necə yüklədiyi haqda yazmıdım. Mənə yüklədikləri ödənilməmiş kreditin daha 47 milyon dolları “Azərikart” sisteminə görə ayrılmışdı, hansı ki, həmin krediti hələ 2012-2013-cü illərdə ödəmişəm. 330 milyon dollar (285 milyon dollar əsas borc, 45 milyon dollar isə faiz) məsələsinə gəldikdə isə bunlar bizə qarşı qaldırılmış 9 məhkəmə iddiasına hesablanıb  və onların əsasında indiyə qədər milyonlarla dollar ödəmişik. Bizə yüklənən 770 milyon dollar sübut edir ki, Beynəlxalq Bank bizim şirkətlərin hesablarından uydurma faizlər və təkrarkreditləşmə adı altında yüz milyonlarla dollar artıq pul çıxıb. Məhkəmələr isə Beynəlxalq Bankın sifarişlərini yerinə yetirmək vərdişlərindən hələ də əl çəkməyiblər.

772 milyon manat borc

Nəticədə “Aqrarkredit”in rəhbəri Məmməd Musayev bu gün raport verir ki, “Hafka”nın Beynəlxalq Banka olan 772.5 milyon dollar borcu ödənilib. Bəli, “Canik” öz çirkin işini görüb qurtardı və getdi. O, törətdiyi əməllərinə görə cəzasını çəkir. Əvvəlcə belə düşünürdük ki, onun getməsi qalanları məsələnin nə yerdə olduğuna inandırmağa imkan verəcək. Lakin belə olmadı.

“Canik”ə ələ keçirdiyi yüz milyonlarla dollarlıq aktivlər azlıq edirmiş kimi saxta sənədlər də hazırlayıb və onların köməyi ilə məni sonradan məhkəmələrdə şantaj etməyə hazırlaşıb.E onun varisi Elmar Məmmədov qəbul etdi, ardınca isə Məmməd Musayev “Canik”in işini davam etdirir. Onların iddiası əsasında məhkəmələr gedir. Lakin bütün bunlar “Baghlan Group”un problemlərini həll etmir.

Sübut edə bilmirəm ki, mən Beynəlxalq Banka yox, bank mənə borcludur. “Canik”məni bax belə talayıb və hər şeyi saxtalaşdırıb, Məmməd Musayev isə məsələni ayrıd etmədən Beynəlxalq Banka 772.5 milyon manat ödəyib və həmin pulları məndən tələb edir. Mən necə sübut edim ki, belə borc yoxdur və bütün bunlar banki donuna girmiş fırıldaqçının saxtakarlığı nəticəsində yaranıb.

Tam məsuliyyətimlə deyirəm ki, “Canik”in vurduğu ziyan təkcə sadaladığım üç kredit maxinasiyası ilə yekunlaşmır. Bizim Beynəlxalq Bankla apardığımız digər kredit əməliyyatları da bu cür olub.



"Badımcan" taksiləri küçələrdə saxlayıb apardılar...

Hamıya məlumdur ki, London taksilərini ilk dəfə Bakıya bizim “Bakı Taksi” MMC şirkətimiz gətirdi. Bu gün şirkət ciddi çətinliklər içərisindədir. Məhkəmədə şirkətə qarşı bank tərəfindən qaldırılmış iddiaya baxılır. Hakim bizim dəlillərimizin heç birini nəzərə almadan bankın xeyrinə qərar çıxardı. Hansı ki, kredit sənədlərində aydın şəkildə bizim 20.5 milyon dollar götürdüyümüz yazılıb, bank isə 29 milyon dollar tələb edirə Aradakı bu fərq hakimin vecinə olmadı və o, bizim əleyhimizə qərar çıxardı. Məhkəməyə qərarı qüvvəyə minən kimi bizim London taksilərini küçələrdə saxlayıb DYP-nin cərimə dayanacaqlarına deyil, “Aqrarkredit” QSC-nin qarajlarına apardılar. Çoxsaylı pozuntular şəraitində taksilərimiz müsadirə olundu.

Elə həmin hakim bizim digər şirkət “Baghlan Trading”ə qarşı da bu cür davrandı. Beynəlxalq Bankın iddiasını təmin etdi. Hansı ki, iddiaçı tərəf heç şirkətə 160 milyon dolların verildiyinə dair sənədləri belə təqdim etməmişdi. Aydın məsələdir, nəyə görə-Beynəlxalq Bank 10 il ərzində hər ay bizim hesabımızdan sosial, idman və digər xərclər adı altında 500 min dollar silib. Bu pulların bir qismi də “Canik”in cibinə gedib...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar