Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədov Cavid Qurbanovu sıradan çıxarır


Nəqliyyat naziri Ziya Məmmədov "Azəryolservis" ASC rəhbərinin səlahiyyətlərini əlindən almaq üçün bütün təzyiq rıçaqlarını işə salıb


Nəqliyyat Naziri Ziya Məmmədov addım-addım "Azəryolservis" ASC rəhbərinin səlahiyyətlərini əlindən alır və Cavid Qurbanovun rəhbərlik etdiyi qurumun balansında olan idarə müəsissələri birləşdirərək əsas yetkini Nəqliyyat Nazirliyinə verir.

Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, son zamanlar Ziya Məmmədov Cavid Qurbanovu nəzarərdə saxlaya bilmək üçün özünün ən yaxın adamlarını "Azəryolservis" ASC-də yerləşdirir. Ziya Məmmədov qardaşı Nərman Məmmədovu Cavid Qurbanova müşavir təyin etməsinin əsas səbəblərindən biri məhz "Azəryolservis" şefinin gücünün zəiflədilməsidndən və təsir imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyıb. Bundan başqa bir neçə həftə əvvəl Ziya Məmmədov qardaşı İldırım Məmmədovun yeznəsi "Azəryolservis" ASC-də şöbə müdiri təyin edilib.

Bundan başqa məlumatlı mənbənin bildirdiyinə görə hazırda "Azəryolservis"ASC-də Nəriman Məmmədovla bərabər qurumun hüquq şöbəsinin rəisi və  baş "Azəryolservis"ASC-nin baş mühasibi Ziya Məmmədovun ən yaxın adamlarıdır. Mənbə idda edir ki, Ziya Məmmədov "Azəryolservis" ASC-nin səlahiyyətlərini azaltmaqla bərabər, Cavid Qurbanovun da təşkilatdakı adamlarını da ixtisara salmağa başlayıb. Prossesin yaxın zamanda kütləvi xarakter alacağı təxmin olunur.

Daxil olan məlumata əsasən Ziya Məmmədov ASC-nin bütün maliyyə qaynaqlarını Nəqliyyat Nazirliyinə bağlmaq və Cavid Qurbanovu bu yolla tam olaraq özündən asılı vəziyyətə salmağa çalışır. Nəqliyyat nazirinin iyun ayına kimi bu prosesləri yekunlaşdırmaq istəyində olduğu bildirilir.

Qeyd edək ki, bir neçə aydır ki, Cavid Qurbanovun "Azəryolservis"ASC-ni Nəqliyyat Nazirliyindən ayırmaq və müstəqil quruma çevirmək üçün Nazirlər Kabinetinə müraciət etməsi haqqında qeyri-rəsmi məlumatlar dolaşmaqdadır. Hazırda iki oliqarx arasında savaşın pik nöqtədə olduğu və Ziya Məmmədovun son həmlələrlə Cavid Qurbanovu küncə sıxışdırıb.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar