Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

"The Independent" yazır ki, Zimbabvenin müharibə veteranları ölkənin birinci ledisi Qreys Muqabenin həbs olunmasını istəyirlər


Məqalədə deyilir ki, var-dövlətə hərisliyi ilə tanınan birinci ledi indiyədək xalq arasında `Gucci Qreys` və `DisGrace` (şərəfsiz) kimi ləqəblər qazanıb.

Ölkə hərbiyyəsi fəxrlə elan edir ki, Robert Muqabenin 37 illik hakimiyyətinə 36 saat ərzində son qoyulub.

Cənab prezident, onun arvadı və başqa vəzifəli tərəfdarları ev məhbusudurlar. Onlar hazırda "Mavi çardaq" adı ilə tanınan prezident iqamətgahında saxlanırlar.

Lakin bütün bunlara baxmayaraq, 93 yaşlı Muqabe öz hakimiyyətini qoruyub saxlamaq üçün son ümidsiz cəhdlərni edir. O bu yaxınlarda vəzifəsindən azad etdiyi keçmiş müttəfiqi vise-prezident Emmerson Mnanqavanın xeyirnə hakimiyyətdən əl çəkməkdən imtina edir.

Cənab Muqabe "timsah" ləqəbli Mnanqavanı, birinci ledini vise-prezident etmək üçün vəzifəsindən qovmuşdu. Konstitusiyaya görə gələn il keçiriləcək seçikiyə qədər ölkəni məhz Mnanqava idarə etməli idi.

Ev məhbusu olmasına baxmayaraq, Muqabe hakimiyyətdən getmək istəmir və israr edir ki, o hələ də ölkənin leqal başçısıdır.

O, həmçinin şərt qoyub ki, ona və 52 yaşlı arvadına, habelə digər ailə üzvlərinə təhlükəsizlik və həbsxanaya salınmayacaqları barədə zəmanət verilməyincə vəzifəsindən getməyəcək.

Hazırda ölkəyə faktiki başçılıq edən general Konstantino Çivenqanın bu şərtləri qəbul edib-etməyəcəyi bilinmir, amma birinci ledinin həbsinə çağırışlar getdikcə daha ucadan səslənir.

Bu arada indiyədək xaricdə olan müxalifətçilər yavaş-yavaş ölkəyə qayıdırlar.

Hamı dəyişiklik gözləyir və bunun baş verdiyini görür. Lakin hərbiyyə baş verənləri dövlət çevrilişi adlandırmağa tələsmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar