Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində torpaq uçqunu altında qalmış fəhlə xilas edilib
“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu FHN-in xilasediciləri tərəfindən xilas edilib.
Qeyd edək ki, hadisə Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə baş verib.
pia.az