"Real Madrid"in qapıçısı Luka Zidan böyük ehtimalla yay transfer dövründə komandanı tərk edəcək
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, 20 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Xulen Lopeteginin planlarına daxil deyil. Komandanın 3-cü qapıçısı ukraynalı Andrey Lunin olacaq.
Luka Zidan "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın oğludur. O, başa çatan mövsümdə 1 oyunda meydanda olub və qapısında 2 qol görüb. Z.Zidan postunu mayın 31-də tərk edib.
pia.az