Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərifə Əliyeva parkı Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi


Səbail rayonunun Badamdar qəsəbəsindəki Zərifə Əliyeva adına park artıq yoxdur. Parkda uzun illərdir ki, abadlıq işlərinin aparılacağı deyilirdi


Lakin illər keçsə də, bu vədə əməl edilmədi. Əksinə, park tikinti şirkətinə verildi. Ərazidə indi böyük yaşayış lompleksi inşa edilir.

Musavat.com olaraq parkın taleyi və sakinlərin narazılığı ilə bağlı hələ 2015-ci ilin avqust ayında yazmışdıq.

Həmin ərəfədə park iki hissəyə bölünmüşdü. Bir hissəsində “Azərsu” ASC tərəfindən iş aparılır, digər hissəsində isə tikinti şirkəti qazıntı işi görürdü.

Narazı sakinlər bildirirdilər ki, onların istirahəti üçün nəzərdə tutulan parkın bu vəziyyətə salınması özbaşınalıqdır. Bir neçə il əvvəl təmirsiz parkın böyük hissəsi tikinti şirkətlərindən birinə satılıb. Burada yaşayış binasının tikintisi nəzərdə tutulmuşdu.

Lakin bir qrup sakinin narazılığından sonra tikinti prosesi dayandırılmışdı. Park isə, tamamilə yarasız vəziyyətə salınmışdı.

Tikintinin dayanandan sonra sakinlər ümid edirdilər ki, park yenidən təmir olunacaq və onların istifadəsinə veriləcək. Lakin onların bu ümidləri özünü doğrultmadı.

Badamdar Bələdiyyəsindən musavat.com-a sakinləri ümidləndirəcək bir açıqlama verilmişdi. Bələdiyyədən bildirilmişdi ki, Zərifə Əliyeva adına Parkın yenidən təmir edilərək, vətəndaşların istifadəsinə veriləcək. Ancaq belə olmadı.

Artıq parkın giriş hissəsində “Azərsu” ASC tərəfindən Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin tikintisi həyata keçirilib. Qalan hissəsində isə nəhəng yaşayış kompleksi tikilir.

Tikintini sifariş verən şirkət "Şərq-F" MMC-dir. Buna razılığı isə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib. Bu barədə tikinti ilə bağlı hazırlanan məlumat lövhəsində yazılır...


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar