Ötən gün Dağıstan ərazisində baş verən zəlzələ səbəbindən "Transneft" şirkəti Azərbaycandan neft nəqlini dayandırıb
Bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Demin bildirib.
"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Demin bildirib.
Onun sözlərinə görə, hazırda Bakı-Novorossiysk neft kəmərində tədqiqat işləri aparılır: "Hazırda Bakı-Novorossiysk neft kəmərinin Şirvan hissəsində (Azərbaycan sərhədindən Kaspiysk rayonunadək olan hissə) yoxlama işləri aparılır".
Onun sözlərinə görə, hazırda bütün limanlarda hava şəraiti əlverişlidir, tankerlərin hərəkət qrafikində gecikmə yoxdur.
pia.az