Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaur saxtakarlıqda ittiham olunan həkimi verilişində yenidən reklam etdi


Aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişində reklam etdiyi ginekoloq Natiq Məhərrəmov saxta yolla pul qazanması xəbəri ilə gündəmə gəlmişdi


Axşam.az-ın məlumatına görə, bundan sonra həkimin reklamı kanalda dayandırılmışdı. 

Zaur verilişində açıqlama verərək “Həkimlərimizlə, təmənnasız müalicələr və müayinələrlə, edilən o yaxşılıqlarla bağlı hesabat verirəm. Kiməsə yaxşılıq etsəm, onu heç vaxt burda nümayiş etdirmərəm ki, baxın filankəsin cibinə bu qədər pul qoydum. Bunu etmərəm. Mən vasitəçiyəm deyə onu göstərirəm ki, filankəs filankəsə yaxşılıq elədi. Həkim bu xəstəni təmənnasız sağaltdı, baxın. Bizə bu tərəfi maraqlıdır. Bizə müraciət edən xəstələrin sağalması önəmlidir. Qalan heç nə mənə maraqlı deyil” sözlərini söyləmişdi.

Ötən gündən etibarən isə Z.Baxşəliyevin proqramında ginekoloq yenidən reklam olunmağa başlayıb.

Zaur ona kömək üçün müraciət edən bir xanıma üzünü tutaraq “Sənin dərdinə tək çarə Natiq idi, ona görə çağırdıq gəldi. Həkimimiz işində-gücündədir. Bir neçə gündən sonra bizimlə olacaq. Hər şey yaxşıdır, qaydasındadır” sözlərini deyib.

Qeyd edək ki, Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da yer alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar