Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaur Hüseynov biznesmen-idarə rəisini küncə sıxısdırıb


Konvensiyasına qoşulması ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərə müvafiq olaraq 2004-cü ildən yaradılan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətə başladığı ilk günlərdən bir sıra mühüm işlər həyata keçirib.

 Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması funksiyasını yerinə yetirən Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ilə fəaliyyətini əlaqələndirən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiyaya məruz qalan sahələrin aşkar edilməsi, xarakterik korrupsiya hüquqpozmalarının müəyyən edilməsi, onları doğuran səbəb və şəraitinin aradan qaldırılması və belə pozuntuların baş verməməsi üçün konkret müddəaları özündə əks etdirən çoxsaylı preventiv təkliflər hazırlayaraq aidiyyatı üzrə təqdim edib.

Qeyd edək ki, son illər korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri çərçivəsində bu cinayətə şərait yaratmış onlarla vəzifəli şəxs barəsində müvafiq cəza tədbirləri həyata keçirilib. Korrupsiya üstündə saxlanılan şəxslərin arasında müxtəlif vəzifələrdə çalışan məmurlar üstünlük təşkil edir. Deyəsən, bəzi vəzifəli şəxslərin korrupsiyaya qarşı aparılan mübarizədən xəbərləri yoxdur. Ya da xəbərləri ola-ola bilərəkdən qanunun tələblərini pozurlar. Ölkə qanunlarını ayaq altına atan şəxslərdən biri də «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tabeliyində fəaliyyət göstərən «Azərtunelmetrotikinti» ASC-nin tikinti idarəsinin rəisi Qərib Dadaşovdur.

Bu şəxsin barəsində mətbuat orqanlarında dəfələrlə tənqidi yazılar dərc olunub. Lakin idarə rəisi barəsində yazılan tənqidlərdən heç bir nəticə çıxarmır ki, çıxarmır. Qərib Dadaşovun işindəki nöqsanları əks etdirən məqalələrimizdən xəbərsiz olan oxucularımız üçün qısaca qeyd edək ki, ASC-də mühüm vəzifə tutan şəxs qurumun rəhbəri Şaiq Əfəndiyevin etibarından istifadə edərək dövlət büdcəsindən ayrılan vəsaitlərin müəyyən hissəsini şəxsi mənafeyi naminə xərcləməkdədir.

Tikinti idarəsinin rəhbəri metro tikintisi üçün nəzərdə tutulan büdcə vəsaitlərinin bir qismini mənimsəməklə şəxsi imkanlarını xeyli artırıb. Belə ki, o Bakı və Sumqayıt şəhərlərində sayı dəqiq bilinməyən ticarət obyekti tikdirib ki, bunların arasında xüsusi diqqət çəkəni «gənclər şəhəri»ndə yerləşən «Nur» şadlıq sarayı və avtoservisdir. Ötən saylarımızda da bildirdiyimiz kimi, idarə rəisinin Sumqayıtda yerləşən obyektlərinin bir neçəsinin, konkret olaraq «Nur» şadlıq sarayının və avtoservisin sənədləri qaydasında deyil və buna görə də şəhərin icra başçısı Eldar Əzizov sözügedən obyektləri buldozer qabağına verməyi fikirləşir.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, vəzifədən çıxarılmaq təhlükəsi ilə üzləşən Qərib Dadaşov «Bakı Metropoliteni» QSC-nin rəhbəri Zaur Hüseynovla münasibətlərini normallaşdırmaqdan ötrü bütün imkanlarını səfərbər edib və kimlərəsə minnətçi düşüb: «Qapalı Səhmdar Cəmiyyətin sədri tikinti idarəsinin rəisini işdən çıxarmaqda israrlıdır. Çünki Zaur müəllim vəzifəyə təyin olunan gündən indiyə qədər Qərib Dadaşovun barəsində bir dənə də olsa xoş söz eşitməyib. «Azərtuneltmetrotikinti»də çalışan rəhbər və sıravi işçilərin bir çoxu onun fəaliyyətindən narazıdır. Tikinti idarəsinin işçiləri rəisin haqsızlıqlarına tab gətirə bilmirlər. Səbəbi isə onunla bağlıdır ki, bu adam yalnız və yalnız öz maraqlarını güdür və büdcə vəsaitlərini necə və hara gəldi sərf edir. Nəticədə ASC-yə həvalə olunan tikinti işlərində keyfiyyətsizlik özünü göstərir». Mənbə vurğulayır ki, Zaur Hüseynov Qərib Dadaşovun haqqında demək olar ki, bütün zəruri məlumatları toplayıb və onu əməlli-başlı küncə sıxışdırıb: «Deyilənə görə, QSC rəhbəri yaxın günlərdə idarə rəisinin fəaliyyətindəki xoşagəlməz məsələlərlə bağlı əldə etdiyi dosyeni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edəcək. Mən belə hesab edirəm ki, Zaur Hüseynov bu addımı ataraq idarə rəisinin karyera yolunu bağlayacaq və onu tutduğu vəzifədən kənarlaşdıracaq». Mövzuya qayıdacağıq(gündəlik bakı).

Qarşı tərəf də münasibət bildirə bilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar