Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zatən fəhləlik onların işidir...


Rəhmətlik Yaşar Nurinin sözləridir: “Onun ismini təsadüfən Arif qoymayıblar. Millət və dövlət üçün uzun illər alışıb yanacağı da sanki öncədən bəlliymiş kimi, adamın soyadı belə Tanrı tərəfindən düzgün nizamlanıb”


Hə.. bir də 2 il öncə iştirak etdiyim toy məclisini xatırladım. Sağımda - sifəti üçüzlü paralellepipedi xatırladan biri, üzbəüz masada isə Arif Alışanov əyləşmişdi. Və... inanın səmimiyyətimə: adam bir metrlik məsafə üçbucağından Arif müəllim haqqında elə neqativ, elə məkrli şeylər danışdı ki, şok olub qaldım. Ayrica, hiss elədim məndən də təsdiq gözləyir. Bunun əksini görüncə isə dilinin altında əməllicə donquldandı. Hərçənd həmin o vicdansızın nəinki TV məkanda qərarlaşmasında, hətta Universitet bitirməsində belə indi arxasınca danışdığı insanın misilsiz rol sahibi olduğu çoxlarına məlum idi...

Əlqərəz, toy bitdi və sağımda oturan çənəbazla bayıra çıxdıq. Az TV sədri də gedirdi. Arif müəllimlə üzbəüz gəldik. Başımla sağollaşdım. Elə sağollaşa – sağollaşa da yanımdakına nəsə demək istədim. Amma bir baxdım ki, qeyb olub. Ha axtardım, ora – bura nəzər yetirdim, tapammadım.

Adam demə, çöldə Arif Alışanovun maşınının qapısını açırmış...

***

Televiziya sahəsində çalışanlar yaxşı bilir: Bu məkanda şərəfli insanlarla bərabər nadürüst və çörəyi dizi üstdə olanların da sayı “n” qədərdir. 30 il boyunca eyni adlı dolambacdan, həqiqi dostlarla namərd düşmənlərin bərabər sayda paylandığı “kəhkəşan”dan baş çıxarmaq isə şərait etibarilə öz timsalında (fövqündə) - OĞUL istəyir! Bunu bacara biləcək - OĞUL! Hər şeyə dözəcək və yorulmayacaq - OĞUL...

Arif müəllimin taleyi bax, həmin taledir...

***

Çətindir. Hazırda bütöv bir ömrü eyni sifətlə, eyni məqsədlə, eyni əqidə ilə yaşamaq çətindir.

Sahib olduğun adı, şəxsiyyəti taraz şəkildə qorumaq, dövlətə, işə, ailəyə, dosta - tanışa, qohuma olan bağlılığı, sadiqliyi eyni mükəmməliklə öz üzərində daşımaq gerçəkdən çətindir.

Sağ olun ki, 55 il boyunca bütün bunları bacara bildiniz, Arif müəllim...

Həm də ən gözəl şəkildə bacardınız.

***

Rəqəmlərin baş – başa, bir - birinə əl verib qoşa qaldığı yaşdır – 55 yaş!

İnsanı yorulmamağa sövq edən, hər cəbhədə lazımlılığı diktə edən yaşdır - 55 yaş!

Sizi sevənlər, sizə dəyər verənlər yanınızdadır.

Xisləti kəm gələnlərə, geridən topuq nişanlayanlara, “Azadlıq” kimi üfunət, rəzalət və iftira qoxan media mənsublarına isə boş verin...

Bacardıqları quyunu qazsınlar. Zatən fəhləlik onların işidir.

Bir daha təbriklər..!!!
Ad gününüz mübarək!

Elşən MUSAYEV(trend)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar