Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalada məmurların evləri qarət edilib


Zaqatala şəhərində vəzifəli şəxslərin evi qarət edilib


Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Zaqatala şəhərində, Həzi Aslanov küçəsi ev 49 ünvanında yaşayan Həmzə İmran oğlu Süleymanov iyulun 12-dən 13-nə keçən gecə yaşadığı evin qarət edilməsi və mənzilindən xeyli miqdarda qızıl-zinət əşyalarının oğurlanması barədə polisə yazılı müraciət edib.

Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həmzə Süleymanova məxsus evdən oğurluq edən şəxslərin Zaqatala şəhər sakinləri - 1990-cı il təvəllüdlü Nəzir Məhəmməd oğlu Qarayev və 1989-cu il təvəllüdlü Nurlan Rəfayıl oğlu Musayev olduğu müəyyən edilib. Keçirilmiş tədbirlər nəticəsində Nəzir Qarayev və Nurlan Musayev tutularaq istintaqa təhvil verilib.

Aparılmış ilkin istintaq zamanı məlum olub ki, təqsirlənən şəxslər H. Süleymanovun mənzilindən 6000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyaları, 41 manat və 30 ABŞ dolları nəğd pul oğurlayıblar.

Faktla bağlı Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.

Qeyd edək ki, evi qarət olunan H. Süleymanov Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır. H. Süleymanovun həyat yoldaşı Vəfa Süleymanova isə Zaqatala rayon İcra Hakimiyyəti başçısının Təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavinidir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar