Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatala qoruğunda çətənə plantasiyası aşkarlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Qoruq ərazisində mühafizə rejiminin yoxlanılması, o cümlədən ərazidə narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi ərazilərin müəyyən olunması məqsədilə müntəzəm reydlər keçirilir

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, 22 iyul 2014-cü il tarixində daxil olmuş operativ məlumat əsasında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində operativ reyd keçirib.

Reyd zamanı Qoruğun Gərəkli sahəsinin 8 saylı dolayında ölçüləri 4x4 metr və 10x6 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 134 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib.

  Eyni zamanda sözügedən ərazidə Nazirliyin əməkdaşıarı tərəfindən 1 ədəd çadır aşkarlanaraq ərazini sürətlə tərk edən bir nəfərin fotoşəkli çəkilib. Dərhal hadisə barədə Balakən rayon Polis Şöbəsi məlumatlandırılaraq götürülmüş materiallar onlara təhvil verilib.

 Faktla bağlı araşdırma aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar