Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Qaralov bolqarıstanlı vitse-prezidentə antikorrupsiyadan danışıb

Sentyabrın 29-da Baş prokuror Zakir Qaralov ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumla əlaqədar səfərdə olan Bolqarıstanın vitse-prezidenti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) İdarəetmə Şurasının sədri xanım Marqarita Popova ilə görüşüb


Zakir Qaralov iki ölkə arasında olan siyasi, iqtisadi, elmi və mədəni əlaqələr istiqamətində qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.
 
Baş prokuror ov korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini, təcrübə mübadiləsinin vacibliyini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim önəm verildiyini diqqətə çatdırıb.
 
O, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) İdarəetmə Şurasının sədri kimi fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizə ayırmış olduğu xüsusi diqqət və müsbət töfhələrinə görə, eləcə də bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığın inkişaf etdirilməsində göstərdiyi fəal dəstəyə görə xanım Marqarita Popovaya minnətdarlığını bildirib.
 
Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən xanım Marqarita Popova ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib, Azərbaycan Respublikasının nümayəndəsinin Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasının üzvlüyünə seçilməsinin önəmini vurğulamış və bundan sonra da ölkəmizə fəal dəstək verəcəyini bildirib.
 
Sonra qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, kriminalistika otağı, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi və vətəndaşların qəbulu otağı ilə yaxından tanış olub.
 
Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.
 
Görüşdə Milli Məclisin deputatı və Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasının üzvü Vüsal Hüseynov da iştirak edib.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar