Xəbər xətti

22 FEVRAL

14:31 Astana AB-ni Orta Asiyaya çağırdı

14:27 Sərnişin və yük daşıyanların nəzərinə

14:22 Azərbaycanda “plastik düyü” satılır?

14:19 XİN beynəlxalq təşkilatları Bakıya dəvət etdi

14:15 Səudiyyəli jurnalist: “Məscidlər dağıdılsın”

14:11 Ağ Ev Moskvanı 100 nəfərin ölümündə ittiham etdi

14:08 Əli Nağıyev: “Heç kim İlham Əliyevdən artıq iş görməyəcək”

14:04 Nemtsovun qatilinin cəzası ağırlaşdırıldı

14:00 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:55 “Dilənçilər emosional manipulyasiyadan istifadə edirlər” - Psixoloq

13:51 Azərbaycan-Misir iqtisadi əlaqələri genişlənir

13:47 Zakir Həsənov Belarusa səfərə gedib

13:42 Politoloq: “ATƏT-in fəaliyyətinin dondurulması tələb olunmalıdır”

13:39 Azərbaycanda 100 yaşlı sakini olmayan rayon və şəhərlər - Siyahı

13:36 Sabahın hava proqnozu

13:32 Suriya üzrə məxfi plan hazırlanır

13:28 “Xanımım “hə” desə, arxama dönmədən gedərəm”

13:21 İran azərbaycanlı naziri Bakıya niyə göndərdi?

13:16 “Neftlə zəngin Azərbaycanda hökumət daha çox iş görməlidir”

13:12 Afrin əməliyyatı: “Bu günə qədər 1829 terrorçu məhv edilib”

13:09 Rəsmi Moskvadan YPG-ni məyus edən bəyanat

13:05 ABŞ son 10 ildə dünya banklarını 243 mlrd. dollar cərimələyib

13:01 Millət vəkili: “Onlar tarix qarşısında cavab verəcək”

12:56 Azərbaycanda bu yol pullu olacaq

12:52 Günün matçlarını yayımlayacaq kanallar - Siyahı

12:49 “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə beynəlxalq tribunalda baxılmalıdır”

12:44 “Sovetski”də 40 hektar ərazi boşaldılıb

12:40 “Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər”

12:36 Suriyalı çempion kəmərini Ərdoğana bağışladı

12:33 Abşeron sakini intihar edib

12:27 Bakıda məktəbli qızın meyiti tapıldı

12:23 Gəncə yol polisinin rəisi işdən çıxarıldı

12:19 Tanınmış müğənninin 10 il həbsi istənilir

12:15 SOS: Bu uşaqlar oğurluq edir

12:11 “Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı

12:08 Bakıda yol qəzası: 2 ölü

12:04 Kıvanç Bakıya gəlməkdən imtina etdi

12:00 Deputatdan Qarabağ çağırışı

11:56 Bakıda I sinfə qəbul başlayıb

11:53 Magistraturaya qəbul imtahanı keçiriləcək

11:48 Sizin hekayənin sonu nədir?

11:45 Türkiyədə partlayış baş verib

11:42 Yanvarda Naxçıvana 17 mindən çox turist gəlib

11:38 İlham Əliyev Fəttah Heydərova “İstiqlal” ordeni verdi

11:33 İranı nə gözləyir: Təğyiri-libas olan dərvişlər və... – Şərh

11:29 Avroliqada 1/8 finalçılar müəyyənləşir

11:25 Hökməli sakini özünü öldürüb

11:21 Bu sözlərə görə Türkiyədə bizə gülürlər - Siyahı

11:17 Xaricdən gətirilən düyünün tərkibi şok etdi - Video

11:12 3D çap texnologiyası ilə ilk villalar inşa ediləcək

11:09 Paulo Koelyodan bunu oxumamısız - Esse

11:06 Türk ordusuna əmr verildi: “Dərhal vurulsun!”

11:03 “SSRİ Baş Prokurorluğu cinayət işinin istintaqını obyektiv aparmayıb”

10:59 O dövrdə yaşasaydı, Vurğun kimi o da Rəsulzadəni...

10:55 Azərbaycan ordusu kiberhücumların qarşısını ala biləcək durumdadır?

10:52 Bu gün üç MTN generalının taleyi həll olunur

10:48 Xoşqədəm transı məhkəməyə verir

10:44 ABŞ səfirliyinə əl qumbarası atdı

10:40 Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi

10:36 Leyla Əliyevanın sənət bloknotu satışda - Video

10:31 “AS Qrup İnvestment” Xocalı faciəsini “Vətənə qayıdış” intellektual vətənpərvərlik yarışı ilə anır

10:27 Naxçıvan əhalisinin sayı və maaşı artıb

10:23 Gədəbəy rayonunda ev yanıb

10:19 YAP İlham Əliyev üçün imzaları toplayıb qurtardı

10:15 Deputatlar Mehriban Əliyevadan danışdılar

10:11 Beynini aktivləşdirmək üçün klassik musiqi şərtdir

10:07 ABŞ nüvə arsenalına əlavələr edir - Video

10:04 Suvarma Sistemləri İdarəsinin rəisi öz işçisini döydü

10:00 Kitabları yandırmayaq, onsuz da özləri saralacaq

9:55 İraqda valideynini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var

9:51 Şəmkirdə taksi sürücüsü bıçaqlanıb

9:47 Tramp müəllimlərə silah verilməsini təklif etdi

9:43 Ötən gün yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb, 4-ü yaralanıb

9:38 “Brit Awards”-ın qalibləri məlum oldu

9:34 Atəşkəs rejimi 96 dəfə pozulub

9:30 Bu gün ATƏT PA-nın qış sessiyası öz işinə başlayır

9:25 Qızıl 6 dollardan çox ucuzlaşıb

9:20 Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək

9:16 Nigeriyada 80-ə yaxın məktəbli qız terrorçulardan xilas edilib

9:12 Yunanıstan sahillərində zəlzələ olub

9:08 Rusiya mediası niyə çabalayır?..

9:04 Aqil Abbas: “Hamı məni soğana görə söyməyə başladı”

9:00 “Azərbaycanda kazinoların fəaliyyəti leqallaşmalıdır”

0:56 Rusiyada 13 min 500 sayt bağlanılıb

0:48 “Google Pay” istifadəyə verildi

0:36 “Sanksiyalar Rusiya büdcəsinə 3 milyard dollar ziyan vurub”

0:27 Ukrayna: “Rusiya 50 ildən tez süqut edəcək”

0:14 “Bu futbolun yazılmayan qanunudur”

0:04 Bu gün bürcünüz nələr vəd edir?

21 FEVRAL

23:58 Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb: 44 ölü, 10 yaralı

23:41 Lənkəranda naməlum kişi meyiti tapıldı

23:37 Azərbaycan Səhiyyə Nazirliyi nəzarəti gücləndirdi

23:23 Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər

23:14 Rusiya “qanuni oğruları” deportasiya edir

23:07 Bakıda 200-ə yaxın pandus quraşdırılıb

22:56 Türkiyə-ABŞ münasibətləri düzəlir

22:41 Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edildi

22:33 Teyyub Qurban vəfat etdi

22:28 Onlayn əldə edilən dərman və vitaminlər fəsadlar verə bilər

22:16 “İnsanı bu cür qocaltmaq düzgün deyil”

22:02 ABŞ kosmosda müharibəyə hazırlaşır

21:59 Lavrov Afrinə görə ABŞ-ı günahlandırdı

21:48 “Zeytun budağı” əməliyyatının son statistikası

21:35 Mingəçevirdə qadın əri tərəfindən döyülüb

21:27 Siqaret çəkmək boyun ağrılarına səbəb olur

21:14 Türkiyə - İran sərhəd keçid məntəqələri fasiləsiz işləyəcək

21:09 Putin Azərbaycan nümayəndə heyəti ilə görüşəcək

20:56 Qaxda 28 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb

20:48 “Mercedes Benz” avtomobillərini geri çağırır

20:35 Türkiyədə heyvanlara pasport veriləcək

20:29 Cəbhədə düşmən kvadrokopteri ələ keçirilib

20:14 Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

20:02 Livan prezidenti Yerevana gedib

19:55 Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib

19:50 Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

19:46 Avtobus dərəyə yuvarlandı: 30 ölü

19:41 Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

19:37 70-ə yaxın qanunsuz agac kəsildi

19:33 Amerikalı diplomatların gizli xəstəliyi açıqlandı

19:29 Qaxda gənc oğlan parkda bıçaqlanıb



GÜNDƏM

...

Zakir Həsənovun İsrailə məxfi səfəri

Tarix 13.09.17, 14:45

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrailə səfəri davam edir


Xatırladaq ki, ilk dəfədir Azərbaycan müdafiə naziri İsrailə səfər edir və bu səfər yüksək məxfilik şəratində keçir.

 Belə ki, indiyə qədər səfər barədə ancaq üç protokol xarakterli məlumat yayılıb ki, onlardan biri Zakir Həsənovun İsrail müdafiə naziri Aviqdor Libermanla görüşünə dair qısa rəsmi məlumat, digəri Azərbaycan müdafiə nazirinin “Vad Yaşem” soyqırım qurbanları memorialını ziyarət etməsi, üçüncüsü isə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ döyüşlərində həlak olmuş tankçı Alber Agarunovun qardaşı ilə görüşdür. 

Azərbaycan müdafiə nazirinin İsraildə keçirdiyi digər görüşlərin və danışıqların üzərinə isə məxfilik qrifi qoyulub.

Azərbaycan Müdafiə Nazirliyinin səfərlə bağlı qısa rəsmi məlumatında isə deyilirdi ki, Zakir Həsənovun İsraildə Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulurdu.



Şübhəsiz ki, bu səfərdə Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş aspekti müzakirə olunacaq. Məsələn, Rusiya ekspert çevrələrində hesab edirlər ki, müdafiə naziri İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin alınmasına dair müqavilənin həyata keçirilməsinə dair məsələləri müzakirə edəcək. Habelə İsraildən digər silah sistemlərinin alınmasına dair müzakirələrin də aparılacağı təxmin edilir.

Azərbaycan İsraildən indiyə qədər 5 milyard dollarlıq silah-texnika alıb və bu silahların əksəriyyəti hazırda silahlı qüvvələrin sərəncamındadır, uğurla tətbiq olunur. Bunlara tank əleyhinə raket komplekslərinin bir neçə modifikasiyasından tutmuş “Barak-8” raket və hava hücumlarından müdafiə sisteminə, pilotsuz uçan aparatların, o cümlədən pilotsuz zərbə aparatlarının bir neçə modifikasiyasına, sürətli patrul katerlərinə və radilokasiya sistemlərinə, habelə radioelektron mübarizə vasitələrinə qədər bir çox silah sistemləri daxildir.



Lakin Azərbaycan müdafiə nazirini İsraildə təkcə silahlar maraqlandırmayacaq. Bu səfər İsrail ordusunun döyüş təcrübəsinə, qoşunların idarəedilməsi və müharibə taktikalarına dair praktiki materiallarla tanış olmaq baxımından da olduqca mühümdür.

Digər maraqlı fakt budur ki, Azərbaycan müdafiə nazirinin  səfərdə olduğu günlərdə İsrail Müdafiə Qüvvələri son 20 ildə ən irimiqyaslı hərbi təlimləri keçirilir.

Xəbərlərə görə sentyabrın 5-də başlayan və 10 gün davam edəcək təlimlərdə İsrail ordusu Livanın cənubunda mənzillənmiş “Hizbullah” qruplaşması ilə müharibənin ssenarisini məşq edəcək. İsrail mənbələrində yer alan xəbərlərə görə təlimlərin birinci mərhələsində müxtəlif silah sistemlərindən istifadə etməklə düşmənin atəş nöqtələrinin və cəmləşmə yerlərinin darmadağın edilməsi, sürətli hücum taktikaları və s. sınaqdan keçirilib.

Təlimlərin ikinci mərhələsinin ssenarisinə əsasən İsrail Müdafiə Qüvvələri “Hizbullah”la mümkün müharibə zamanı Livanın cənubunu tutacaq. İsrail Müdafiə Qüvvələrinin yüksək rütbəli nümayəndəsinin “The Jerusalem Post”a bildirdiyinə görə 319-cu zirehli tank diviziyasının minlərlə hərbçisi digər hərbi birləşmələr hava və dəniz qüvvələri ilə koordinasiyalı şəkildə təlimlərdə bu ssenarini məşq edir.  

Lakin mənbə deyib ki, İsrail Livanın cənubunu uzun müddət nəzarətdə saxlamayacaq, “Hizbullah”ın infrastrukturunu dağıdandan sonra həmin ərazilər tərk edəcək.

İsrail KİV-lərinin xəbərlərinə əsasən sentyabrın 12-də müdafiə naziri Aviqdor Liberman “Or ha-Daqan” adlı təlimlərə baş çəkib. O, xəbərdarlıq edib ki, “Hizbullah”la gələcək müharibə İsrail dövlətinin və ordusunun qətiyyətli qələbəsi ilə nəticələnəcək.

“Mən bizim qüvvələrin və komandir heyətinin yüksək peşəkarlığından, qətiyyətindən və hazırlıq səviyyəsindən çox yüksək təəsüratdayam. Qoy bu təlimlər İsrail vətəndaşlarının təhlükəsizliyini təhdid etmək fikrinə düşən hər kəsə xatırlatma olsun”-Liberman bildirib.



Təlimlərdə müdafiə nazirini Baş qərargah rəisi Qadi Ayzekot, Şimal komandanlığının rəisi, general Yoel Strik və digər hərbçilər müşaiyət ediblər. Azərbaycan müdafiə nazirinin İsrail ordusunun bu təlimlərini izlədiyi haqda məlumat yoxdur, lakin təxmin etmək olar ki, Zakir Həsənov ən azından bu təlimlərin ssenarisi və gedişi barədə məlumatlandırılıb. Hansı ki, İsraildən əldə edilən bu təcrübəni, xüsusən də tank qoşunlarının iştirakı ilə düşmənin nəzarətində olan ərazilərin geri alınmasına dair taktikanı Azərbaycan ordusunun gələcək irimiqyaslı hərbi təlimlərində tətbiq edilməsi istisna deyil.

İsrail ordusu dünyada ən çox döyüş təcrübəsinə malik olan ordulardan biridir və qatıldığı müharibələrin demək olar ki, hamısını udub. Bu baxımdan İsrail hərbi mütəxəssisləri ilə müharibələrin planlaşdırılması və aparılması, müdafiə və əks-hücum taktikalarına dair biliklərin mənimsənilməsi Azərbaycan ordusu üçün olduqca qiymətli olardı.

Tam əminliklə qeyd etmək olar ki, müdafiə nazirinin səfərindən sonra İsrailin Azərbaycanla hərbi sahədə əməkdaşlığının daha da genişlənməsinin şahidi olacağıq.(virtualaz.org)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

İlham Əliyev Fəttah Heydərova “İstiqlal” ordeni verdi

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

“Karqo Şamil”in obyektlərində əməliyyat - Saxlananlar var

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru