Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənovdan Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 15 İyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib


Təbrikdə deyilir: 

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 15 İyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Milli-mənəvi dəyərlərimiz, dövlətçilik ənənələrimiz tarixin ən sərt dönəmlərində də qorunub saxlanılmışdır. Xalqımız digər milli, dini bayramlar kimi müqəddəs Ramazan bayramını da həmişə böyük istəklə, sevgi ilə qeyd edib. Xeyirxah əməllər naminə birliyə, qardaşlıq və bərabərliyə çağıran, mənəvi saflığa, dostluğa, həmrəyliyə söykənən, ailələrə sevinc, məhəbbət və şadlıq gətirən Ramazan bayramı sülhün, əmin-amanlığın təzahürüdür.

Azərbaycan müstəqilliyə yenidən nail olduqdan sonra, bərpa edilən dövlətçiliyimiz xalqa öz bayramlarını təmtəraqla qeyd etməyə imkan yaratdı. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz ictimai-siyasi böhrandan, xaosdan xilas oldu və respublikamızın hərtərəfli inkişafı istiqamətində dönüş yarandı.

Böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan beynəlxalq layihələr Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsində mühüm rol oynadı.

Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, sarsılmazlığını, dönməzliyini sübut edən ulu öndər Heydər Əliyevin prinsipial və dönməz siyasəti ölkənin ordu quruculuğuna da əvəzsiz töhfələr verdi. Müstəqilliyimizin, dövlətçiliyimizin dayağı və qarantı olan müasir Azərbaycan Ordusunun banisi ümummilli lider Heydər Əliyevin başladığı ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, nizami ordumuzun hərbi qüdrəti gündən-günə artır.

Əminəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti ümummilli liderimiz Heydər Əliyevin ideyalarına və Hərbi anda sadiq qalaraq, nizamnamələrin tələblərinə uyğun xidmət edəcək, döyüş və mənəvi-psixoloji hazırlığını artırmaqla Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcəkdir.

15 İyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!". (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar