Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov səfirlə görüşüb




Müdafiə naziri, general-polkovnik Zakir Həsənov noyabrın 25-də Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufs ilə görüşüb


PİA.AZ Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata g-örə, görüşdə Azərbaycanla Belçika arasında bir çox istiqamətdə olduğu kimi, hərbi sahədə də mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi qeyd edən nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın NATO ilə müxtəlif proqramlar, o cümlədən "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əlaqələrini qeyd edən Müdafiə naziri Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında ölkəmizin də aktiv iştirak etdiyini xatırladıb.

Diplomat isə öz növbəsində deyib ki, Belçika Krallığı NATO və digər beynəlxalq qurumlar kimi Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.

Tərəflər regional təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı birgə mübarizə və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərini müzakirə edib, hərbi əlaqələrimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar