Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov jurnalistləri təbrik edib


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik edib


Təbrik mətnində qeyd olunub ki, Azərbaycan xaqlının görkəmli ziyalısı və vətənpərvər oğlu Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız 140 illik tarixi ərzində çətin və şərəfli yol keçib:

“1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub, dünyanın informasiya şəbəkəsindəki yeri artıb, rəqabət fəaliyyəti xeyli yüksəlib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamlarına əsasən respublikamızda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin orden və medallarla təltif edilməsi, fəxri adlara layiq görülməsi Silahlı Qüvvələrimizin də şəxsi heyətinin böyük sevincinə səbəb olub”.

Nazir bildirib ki, Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, kütləvi informasiya vasitələri bundan sonra da daha peşəkar, obyektiv və prinsipial olacaq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaq və mətbuatımız müasir cəmiyyət quruculuğunda, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, eləcə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə layiqli töhfələrini verəcəklər:

“Sizi bir daha milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar