Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov hərbi andiçmə mərasimində - Fotolar


Fevralın 11-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib


PİA.AZ Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti N nömrəli hərbi hissədə təşkil olunan tədbirdə iştirak edib.

Şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə müdafiə nazirinə məruzə olunduqdan sonra hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, şəxsi heyət Dövlət himnini ifa edib və tədbir açıq elan olunub.

Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul etdikdən sonra mərasimdə iştirak edən general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda yeni xidmətə başlayan şəxsi heyəti bu gün münasibətilə təbrik edib və tövsiyələrini çatdırıb.

Müdafiə naziri qeyd edib ki, bu andan etibarən onlar da Azərbaycan Ordusunun əsgərləridir və Vətənə, dövlətə, Ali Baş Komandana, hərbi anda sadiq olaraq bütün şəxsi heyət kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar.

Digər çıxış edənlər də gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edərək onlara nizam-intizamlı olmağı, ərazi bütövlüyümüzün bərpa olunması naminə Vətənin müdafiəsində ayıq-sayıq olmalarını arzu ediblər.
Gənc əsgərlər təntənəli marşla tribuna önündən keçdikdən sonra qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olub, əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana kompleksinə, eləcə də digər inzibati və xidməti binalara baxıblar.

Mərasim bayram naharı və konsert proqramı ilə davam edib.

Zakir Həsənov hərbi andiçmə mərasimində iştirak edib


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar