İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək
MN-dən verilən məlumata görə, Azərbaycanı toplantıda müdafiə naziri, general-polkovnik, Zakir Həsənov təmsil edəcək.
Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.(APA)
pia.az