Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov NATO-da çıxış etdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilən görüşündə iştirak edib


Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı barədə müzakirələr aparılıb.

İclasda çıxış edən general-polkovnik Z.Həsənov ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfəni qeyd edərək Əfqanıstana yardım məqsədilə təlim, təhsil, infrastruktur, nəqliyyat, investisiya və digər sahələrdə müxtəlif proqramların həyata keçirildiyini xüsusi vurğulayıb.

Müdafiə naziri çıxışında Alyansın etibarlı tərəfdaşı kimi, Azərbaycanın 2017-ci ildən sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcəyini görüş iştirakçılarının nəzərinə çatdırıb.

Keçən həftə açılışının həyata keçirildiyi Bakı-Tbilisi-Qars dəmir yolunun böyük geosiyasi məkanda tarixi əhəmiyyətini xüsusi qeyd edən Müdafiə naziri, bu layihənin Avropa və Asiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyini, o cümlədən Qətiyyətli Dəstək Missiyasının ehtiyaclarının yerinə yetirilməsi üçün böyük imkanlar yaratdığını da diqqətə çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar