Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov Kərəm Həsənovla davaya qalxdı - Əmlak mübahisəsi



Müdafiə Nazirliyi Səfər Əbiyevin dövründə balansdan çıxarılıb satılan torpaq sahəsini geri tələb edir


Keçmiş nazir Səfər Əbiyevin rəhbərliyi dövründə Azərbaycan Müdafiə Nazirliyinin balansında olan daşınmaz əmlakların bir hissəsinin balansdan çıxarılaraq, mənimsənilməsinə şərait yaradılmasına qarşı yeni rəhbərliyin mübarizəsi davam edir. 

Bu barədə Mia.az-a verilən məlumata görə, Zakir Həsənov nazir təyin edildikdən sonra təkcə ordunun döyüş qabiliyyətini artırmaq istiqamətində deyil, həm də ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabitlərin sosial problemlərinə diqqəti artırıb: «Nazir Zakir Həsənov bu məqsədlə keçmiş rəhbərliyin dövründə Müdafiə Nazirliyinin balansında olan daşınar və daşınmaz əmlaklarla bağlı daxili təftiş aparmaq əmri verilib. Bu zaman aydın olub ki, təkcə Bakı şəhərinin hüdudlarında nazirliyin balansında olan xeyli torpaq sahələri də çıxarılaraq, ayrı-ayrı fiziki şəxslərə satılıb. Maraqlı burasıdır ki, Səfər Əbiyev və onun yaxın ətrafı bu prosesi Kərəm Həsənovun rəhbəri olduğu Əmlak Məsələləri Dövlət Komitəsinin yaxından iştirakı ilə həyata keçiriblər. Yəni Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi həmin əmlakların balansdan çıxarılmasına etiraz etmədiyini göstərən rəsmi sənəd veriblər. Komitə isə bunun əsasında həmin əmlakların ayrı-ayrı adamlara satılmasını həyata keçiriblər. Deyə bilərəm ki, söhbət ümumilikdə hektarlardan gedir». 

Məlumata görə, Müdafiə Nazirliyinin yeni rəhbərliyi aparılan təftişin sonu olaraq balansdan çıxarılaraq talan edilən əmlakların geriyə qaytarılmasına start verib: «Bu məqsədlə nazirlik ayrı-ayrı əmlaklarla bağlı Əmlak Məsələləri Dövlət Komitəsini də məhkəməyə verib. Hazırda Azərbaycan məhkəmələrində bununla bağlı bir neçə iş var». 

Məhkəmədə olan işlərdən biri haqda məlumatı Mia.az-la bölüşən mənbənin sözlərinə görə, Müdafiə Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı torpaq sahəsinin balansa yenidən qaytarılması məqsədiylə iddia qaldırıb: «Müdafiə Nazirliyinin həmin iddia ərizəsinə 2 saylı Bakı İnzibati –İqtisadi Məhkəmədə baxılıb. İş iki gün əvvəl Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə araşdırılıb. Lakin hakimin verdiyi qərar Müdafiə Nazirliyinin əleyhinə olub». 

Mənbə deyir ki, hakim Vidadi Məmmədov birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, Səfər Əbiyevin dövründə satılan torpaq sahəsinin geri qaytarılmasını mümkünsüz hala gətirib: «İndi Müdafiə Nazirliyinin yeganə çıxış yolu bu qətnamədən Ali Məhkəməyə şikayət etməkdir».


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar