İranda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub
Bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.
Sərgi ilə tanışlıqdan sonra Z.Həsənov "Xatirə kitabı"nı imzalayıb.
pia.az