Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcov planlarını açıqladı


Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri ilə görüşüb


Gənclər qarşısında çıxış edən Z. Fərəcov rəhbərlik etdiyi şəhərin bir sıra problemlərinə toxunub, gələcəkdə həyata keçiriləcək yeniliklərdən söz açıb. 

İcra Başçısı bildirib ki, Sumqayıt şəhərinin siması tamamilə dəyişəcək və bu istiqamətdə əhəmiyyətli işlər görüləcək: 

"Sumqayıt şəhərinin əsas girişindən "Göyərçin” abidəsinə kimi olan avtomobil yolu 5 metr sağ və sol istiqamətlərə doğru genişlənəcək. Həmin yola düşən obyektlər söküləcək vəərazidə park salınacaq.

Cəfər Cabbarlı Klubunun qarşısında olan iki mərtəbəli binalar sökülüb yerində hündürmərtəbəli binalar tikiləcək. Azərbaycan prospekti yüksək səviyyədə tam şəkildə düzəldiləcək. Dəniz kənarında batan gəmi istiqamətindən Coratın çıxışına kimi gözəl bir bulvar salınacaq. Bununla yanaşı, Sumqayıtda əzəmətli Heydər Əliyev Mərkəzi tikiləcək. Şəhərin bütün yollarına, o cümlədən məhəllədaxili yollara asfalt örtüyü döşənəcək.

Bağçaların dam örtüyü yeniləcək və istilik sistemi ilə tam şəkildə təchiz ediləcək.

Neqativ hallara yol verən, işləməyən, vətəndaşları incidən bağça və məktəb rəhbərləri ilə bağlı ciddi tədbirlər görüləcək.

Ən əsası Sumqayıtda sumqayıtlılar işləyəcək. Əsas vəzifələrdə Sumqayıt əhalisinə üstünlük veriləcək, əsasən də gənclər üstünlük təşkil edəcək.” (mia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar