Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Orucdan maraqlı təkliflər - Video


"Azərbaycanın Hərbi Doktrinası dəyişdirilməlidir"


Belə bir sensasiyalı təkliflə mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı Zahid Oruc çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan heç bir hərbi bloklara qoşulmayan ölkə statusunu seçməlidir. O, qeyd edib ki, çünki regional və beynəlxalq şərait kəskin dəyişib:Təhlükəsizlik konsepsiyaları isə çevik olaraq yeniləşməlidir.Mən uzun illər NATO-Azərbyacan dostluq qrupunun üzvü kimi Avroatlantik məkanın dəyərlərini bu cəmiyyətə təbliğ edənlərdən biri olmuşam.Lakin açıq deməliyəm,Gürcüstan və Ukraynanın bu quruma üzvlüyü Rusiya faktoru kontekstində böyük bir avantüradır və həmin ölkələrin torpaq bütünlüyünə basilica təhlükədir.Ona görə də yaranmış yeni şəraitdə bizi oz hərbi-siyasi ittifaqlarında görmək istəklərinin hər birindən eyni məsafa uzaqlıqda dayanaraq,ikitərəfli formatda əlaqələrimizi inkişaf etdirməliyik.Gələcəkdə o statusun  dəyişməsi isə  dövlətin öz  müstəsna qərarı olaraq qalır".
 
Daha sonra millət vəkili orta məktəblərdə rus dilinin tədrisi məsələsinə diqqət çəkib:
 
“Biz keçmişdə millətimiz əleyhinə olan təxribatlara ən tez məruz qalanlardan biri olmuşuq.Qorbaçovun antialkoqol siyasətinə qoşulub əksər üzüm plantasiyalarını məhv etdik və iqtisadiyyatımıza misilsiz zərbə vurduq.Sonra Rusiyaya nifrət kultunun aşılanması fonunda bütün məktəblərdə rus dilinin tədrisini dayandıqdıq.İndi bir neçə sinifdə bunları formal olaraq saxlamışıq.

Halbuki ana dilimizi nə qədər sevsək də,onu milli şərəf hadisəmiz saysaq da vətəndaşlarımızın 2 milyona qədər hissəsinin əmək və iqtisadi-ticarət fəaliyyətinin ünvanı olaraq Rusiyada yaşamaları bizi rus dilini minimum biliklər səviyyəsində orta təhsildə uşaqlarımıza aşılamağı vadar edir.Mən şovinizmdən,hər hansı nazirin o dildə nazirliyi yönləndirməsindən,onu ikinci dilə çevirməkdən,yaxud hazırki geopolitik şəraitə uyğunlaşmaqdan danışmıram.Məqsədim texniki-peşə məktəblərimizin bərbad olduğu bir şəraitdə insanlarımızı beynəlxalq rəqabətə  hazırlamaqdır
 
Sonra növbəti təklifini dilə gətirən Z. Orucun qeyd etdiyinə görə, cəbhəyanı zonaların statusu haqqında ayrıca qanun olmalıdır. 
 
"Prezidentin son sərəncamında “cəbhəyanı zona” termini bir hüquqi istilah kimi normativ aktlara gətirilib.Bu bizə imkan verir ki,həmin bölgələrin xüsusi statusunu qanunla müəyyənləşdirək.Hesab edirəm ki,Ağdamda və ya Füzulidə çalışan müəllim təkcə təhsli işçisi deyil,həm də döyüşçüdür.Onlar paytaxt həmkarlarından fərqli maaş almalıdır. O bölgələrin iqtisadi stimullaşdırma şərtləri də fərqli olmalıdır".
 
Z. Oruc daha sonra bildirib ki, Azərbaycanda hər vəzifəyə təyin olunan adam  əvvəlki şəxsin bütün qurduqlarını sıfırlayıb yeni səhifədən başlayır:

"Həm də kadrlara münasibətdə köhnənin bütün komandasını dağıdandan sonra keçirlər  tikilən obyektlərin üzərinə. Bu da öz növbəsində dövlətə külli miqdarda  maddi ziyan vurmaqla bərabər, kadr quruculuğu prosesinə  və normal varislik ənənələrinin formalaşmasına əngəl  törədir. Vəzifədən çıxarılan adam özünü atılmış və tapdalanmış hesab edir.Halbuki onlar eyni siyasi qüvvəni və ya kursu müdafiə etdiklərini söyləyirlər.Belə qənim kəsilmələr dövlət quruculuğuna zərbə olmaqla bərabər,gizli ədavət meyllərini də gücləndir.Təklif edirəm ki,”Dövlət qulluğu” haqqında qanunda dəyişiklik edilsin.Əgər vəzifədən çıxarılan şəxs həbsəxanaya deyil,istefaya göndərilirsə,onda onun əli sığılsın,ona ehtiram göstərilsin və nomal davranışla yola salınsın"-deyə, o, sözlərinə əlavə edib.

Deputatın Rusiya Azərbaycan münasibətləri və “Jirinovskinin Ulu Öndər qarşısında əyilən başı bizə lazımdır” sözləri ilə bitən çıxışını aşağıda yerləşdirdiyimiz linkdən tanış ola bilərsiniz.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar