Xəbər xətti

26 MAY

0:40 Lənkəranda “Mercedes” aşdı - Sürücü yaralandı

0:16 55 yaşlı kişi quyuya düşdü - Lənkəranda

0:15 Adamı nəğməsindən tanımaq olmur

0:01 Bu gün bürcünüz nələr vəd edir?

25 MAY

23:51 DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

23:46 Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edildi

23:44 Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib

23:35 Azərbaycan neftinin son qiyməti

23:24 “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq”

23:11 Ramazanın 10-cu günü – İmsak və iftar vaxtı

22:59 Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

22:44 Kəşfiyyatçılarımızın təlimi başa çatdı

22:30 “200 manatlıqlar inflyasiya gözləntilərini artıracaq” – Ekspert rəyləri

22:23 İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

22:10 Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

22:00 Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

21:51 Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

21:40 Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

21:34 Gədəbəy sakini bıçaqlanıb

21:20 Sürücülük hüquqları dəyişdirilir

21:07 Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var

20:59 Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

20:51 İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına nə vaxt baxılacaq?

20:40 Maliyyə Monitorinqi Xidməti yaradıldı – Fərman

20:33 Deputat: “Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz”

20:27 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid etdi

20:20 Ronaldo futboldan gedəcəyi vaxtı açıqladı

20:13 İstanbulda xüsusi əməliyyat

20:06 Dünyada 25 milyon insan kölə kimi yaşayır

19:59 ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

19:53 “Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

19:50 Məşhur aparıcı-aktrisa keçmiş əri ilə tətilə yollanır

19:47 Pakistan Türkiyədən 30 hərbi vertolyot alacaq

19:44 Makron: “ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi düzgün qərar deyildi”

19:40 Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi

19:35 İmişlidə 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb

19:30 ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq etdi

19:18 Ermənistan prezidenti Gürcüstana getdi

19:05 Bakı çimərliklərində yoxlamalar başladı

19:00 Şamaxıda M.Ə.Sabirə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub

18:53 Akif Çovdarov məhkəmədən bəraət istəyib – “MTN işi”

18:45 “Mançester Yunayted” hücumunu gücləndirir

18:33 Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

18:26 Deputata “Xalq yazıçısı” adı verilib

18:21 “ASAN xidmət” və “ASAN Kommunal” 1 gün işləməyəcək

18:16 Binəqədidə avtomobil yollunun yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

18:10 “Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər”

18:05 “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

18:00 Bakı çimərliklərində yoxlamalar başladı

17:56 İstanbulda 51 terrorçu saxlanıldı

17:52 Maşın qaçıran keçmiş məhkum tutulub

17:47 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

17:44 Dolların 4 günlük məzənnəsi

17:41 “1000 bərəkət, halal nemət” məhsulları halal deyilmiş

17:35 Azərbaycan Xocalı aeroportunu vura bilərmi?

17:30 Məşhur model intihar etdi

17:26 “Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər”

17:22 Bakı-Sumqayıt yolunda tıxac azalacaq

17:19 “Çoxdandır bu cür təklif gözləyirdim”

17:15 “Vurulmuş təyyarəyə görə Rusiya məsuliyyət daşıyır”

17:11 Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi

17:03 Vahid Ələkbərov: “Neftin hazırkı bazar dəyəri spekulyativ qiymətdir”

16:58 Polşada qatarlar 250 km/saat sürətlə hərəkət edəcək

16:55 İranlı parlamentar: “Tramp və Pompeo diplomatik qaydaları bilmir”

16:49 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib

16:44 “Tramp-Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb”

16:38 Rəqsanə: “O, mənə atalıq etməyib”

16:33 NATO və Avropa Rusiyaya qarşı birləşdi

16:27 Rusiyada alkoqol məhsulları onlayn satılacaq

16:23 Facebook-da yalan məlumatların paylaşılması məsuliyyət yaradırmı?

16:18 Lavrov: “Bunu onların vicdanına buraxıram”

16:12 “Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib

16:07 “OPEC hasilatın azaldılması siyasətini dəyişdirə bilər”

16:00 İrana görə Avropa ilə üz-üzə gələn ABŞ-ın “sanksiya silahı” öz təsir gücünü itirə bilər? – Müsahibə

15:57 “Azərbaycanla hərbi əməkdaşlığın daha da güclənməsində qərarlıyıq”

15:53 “Məşğulluq sahəsində görülən işlər öz nəticəsini verir”

15:49 “Neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək”

15:45 Jurnalist öz evində qətlə yetirildi

15:41 Dünyada 25 milyon insan kölə kimi yaşayır

15:38 “Tezliklə Qüdsdə böyük hadisələr olacaq”

15:32 “Ana-bacı söyüşü işlətdi, mən də ürəyindən vurdum”

15:27 Şoyqunun artan şöhrəti Putini qorxudur

15:23 28 may günü “ASAN xidmət” işləməyəcək

15:18 Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

15:15 Dünyada yeni ölümcül virus yayıldı

15:11 Kremldən Trampın qərarına reaksiya

15:07 ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoydu

15:03 Rasim Balayev: “Məni kriminal avtoritet kimi görəcəksiniz”

15:03 “Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”

14:59 Dünya liderlərinin maraqlı idman hobbiləri

14:55 Oqtay Əsədov Gürcüstana gedir

14:51 Tereza Mey: “Rusiyaya qarşı təzyiqi davam etdirəcəyik”

14:47 Bu il 41 nəfər dəm qazından zəhərlənib

14:44 Əfv sərəncamının icrası başa çatıb

14:40 İmperatordan İlham Əliyevə təbrik

14:35 “Kontakt Home” alıcılara bu yolla fırıldaq gəlir

14:30 Türkiyə AXC-nin 100 illiyi şərəfinə pul nişanı hazırladı

14:26 “İdmançılara ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır”

14:22 Qarabağ qazisi telekanalları qınadı

14:17 Sabahın hava proqnozu

14:13 Ermənistanın yeni Baş Qərargah rəisi kimdir?

14:10 ABŞ Türkiyəyə F-35 qırıcıları satmayacaq

14:06 Kolumbiya prezidentini seçir

14:02 Əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

13:58 Türkiyənin müdafiə nazirinin müavini Gəncəyə gəlir

13:55 İbrahimbəyova qarşı cəza tədbirləri həyata keçirilməlidir

13:51 ABŞ dövlət katibi: “Tramp İranda rejimi dəyişmək niyyətində deyil”

13:47 Azərbaycanda yeni medal təsis olunur

13:44 Ronaldinyodan 2 qizla evlənəcəyi xəbərlərinə reaksiya

13:40 Dünyanın ən zəif orduları

13:36 İran və beş ölkənin diplomatları Vyanada görüşəcək

13:32 Lars Fon Trier: “Yeni filmlərə baxmıram”

13:27 Keçmiş əri Mənzurəni oğurluqda ittiham edir

13:09 Əsəd Cahangir postinsanı düzgün anlamayıb

13:05 Nərimanovda narkomaniyaya qarşı növbəti təlim keçirilib

12:57 Bahar Muradova: “Heç kimə belə sonluq arzulamazdım”

12:53 Qız üstündə dava salan şair

12:48 Sabiq nazirin VEMTAS “islahatı”: Müslümovun “islahatçı əli” olan Elnur Məcidovun işi araşdırılır

12:48 “Qarabağ” klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

12:45 Ağır vəziyyətdə olan məhkumlar da azadlığa çıxır



HADİSƏ

...

Zahid Oruc, “düşməni“ harada gizlətmişdiniz?

Tarix 26.10.13, 11:03

Font ölçüsü : - / +
bitmap-img6


Şəmşad AĞA



Ötən gün Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü, deputat Zahid Oruc modern.az saytına verdiyi açıqlamasında keçmiş müdafiə naziri Səfər Əbiyevi  Azərbaycan cəmiyyətinin düşməni adlandırıb: “O, cəmiyyətə düşmən kəsilmişdi. Səfər Əbiyev daha çox Azərbaycan cəmiyyəti ilə və onun təmsilçiləri ilə konfliktdə idi, nəinki düşmənlə".

Bəli, bu ittihamı səsləndirən iki həftə öncə prezidentliyə namizəd olmuş Zahid Oruc idi. Diqqət edin, "Azərbaycan cəmiyyətinin düşməni". Bu ifadələr həm də 18 il ölkənin təhlükəsizliyinin qarantı olan Ordunun rəhbəri, naziri olmuş şəxs barəsində deyildi. Bu haqda bir az sonra...

Öncə gəlin düşmən sözünün mənasına fikir verək. Azərbaycan dilinin izahlı lüğətində düşmən sözü bu mənaları ehtiva edir: 

Düşmən:
1. Birinə qarşı ədavət, düşmənçilik bəsləyən və onunla mübarizə aparan, çəkişən şəxs. 
2. Müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s.; yağı. 
3. Zərər gətirən, zərərli olan şey haqqında. 

Bu siyahını xeyli uzatmaq olar. Məncə, bundan artıq gərək yox. Əsas məsələ Zahid bəyin səsləndirdiyi itthamdan doğan sulllara cavab tapmaqdır. Yəqin ki, bu sualların cavabını da məhz Zahid Oruc özü verməlidir. Ən azından bu ifadələrin məsuliyyəti onun müəllifinin üzərinə düşür. 

Sözümün canı bu deyil, odur ki... Zahid bəyin məntiqincə, biz ordumuzu, bu cəmiyyətin övladlarını 18 il Azərbaycan cəmiyyətinə yabançı, "düşmən kəsilən" bir şəxsə etibar etmişik. Doğrudan da, cəmiyyətin övladlarını ona düşmən kəsilmiş adama necə etibar etmək olar? Əgər "düşmən" sözünün mənasına diqqət etsək, belə çıxır ki, sabiq müdafiə nazirimiz müharibədə bizə qarşı vuruşan, əks tərəfdə dururmuş...

...Faktiki olaraq, bu gün Azərbaycanın düşməni Ermənistandır. Bunu dost da bilir, düşmən də. Çünki ermənilər 20 faiz torpağımızı işğal ediblər. Əgər müdafiə nazirimiz də onlar tərəfdən bizə qarşı çıxırmışsa, onda ortaya çox ciddi suallar çıxır; 

Birincisi, Zahid Oruc 10 ildir ki, Milli Məclisin deputatdır və ona xalqın problemlərini dilə gətirmək üçün böyük tribuna verilib. Əgər xalqın vəkili olduğunu, xalq tərəfindən seçildiyini iddia edirsə, bu illər ərzində niyə susub? Ona fikirini deməyə, bu həqiqəti xalqa çatdırmağa kim mane olub?

İkincisi, əgər Səfər Əbiyev Azərbaycan cəmiyyətinin düşməni olubsa, qanunvericiliyə görə Zahid Oruc bu illər ərzində bu boyda həqiqəti, informasiyanı, daha dəqiq desək, cinayəti bilə-bilə gizlətdiyinə görə məsuliyyət daşımırmı? Bundan başqa, iki həftə öncə prezidentliyə namizəd olan deputat ona verilən efirdən, 21 gün təbliğatdan istifadə edərək xalqı bu boyda həngamədən niyə xəbərdar etməyib? Ən azından bunu mənəvi borcu hesab etməli idi. 

Üçüncüsü, ölkə gündəmi əsgər ölümləri xəbərləri ilə çalxalananda və övladlarını itirən valideynlər aksiya keçirəndə Zahid Oruc niyə xalqı, aksiyaya çıxan insanları müdafiə edib, Səfər Əbiyevin istefasını tələb etmirdi?  Axı o, Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü idi. Buna görə Zahid Oruc ən azından Səfər Əbiyev qədər günahkar deyilmi? 

Dördüncüsü, əgər Zahid Oruc bilirdisə, bu illər ərzində Səfər Əbiyev "Azərbaycan cəmiyyətinə düşmən kəsilib", bu barədə prezidentə, hüquq-mühafizə orqanlarına məlumat veribmi? 

Və nəhayət, sonuncu sual. Bu sualı həm də çox ciddi şəkildə qoyuram:  əgər İlham Əliyev bu dəfə də Səfər Əbiyevi postunda saxlasaydı, Zahid Oruc bu ittihamları səsləndirəcəkdimi, yoxsa, yenə də həqiqəti xalqdan gizlədəcəkdi? 

Məqsədim Səfər Əbiyevi müdafiə etmək deyil. Çünki o, müdafiə olunmağa yox, elə Zahid bəyin səsləndirdiyi ittihamlara görə mühakimə olunmağa layiqdir. Onun nazir olduğu dövrdə bir qarış torpaq azad olunmadı, buna baxmayaraq, Azərbaycanda çox evdə şivən qopdu, çox qapılar bağlı qaldı. Atəşkəs dövründə çoxlarının ocağı söndü. Elə bu yazının müəllifi də məhz Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə sapsağlam orduya gedib şikəst qayıtmışdı.

Məgər Zahid Orucun bunlardan xəbəri yox idi?  Düzdür, o, bir neçə dəfə parlamentdə çıxış edərək əsgər ölümlərinə münasibətini ifadə etmişdi, hərbi ombudsman aparatının yaradılmasını təklif etmişdi. Amma özü də bilirdi ki, bunlar problemin həlli üçün variant deyil, ümumi danışıqlar heç nəyi həll etmir. 

Bir sözlə, Zahid bəy özünün dediyi kimi "düşməni", onun əməllərini gizlədərək bu həqiqətləri dilinə gətirən, hər gün yazan bizləri haqsızlıqda, ordunun, Azərbaycanın "inkişaf"ını görməməkdə yarqılayırdı. 

Bütün bunları nəzərə alıb yuxarıda səsləndirdiyim suallara cavab istəyirəm və Zahid bəy cavab verənə qədər yazını açıq saxlayıram. 

Tanrı Azərbaycanı qorusun! 









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru