Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zabrat bələdiyyəsində torpaq talanı və mənimsənilən milyonlar


Qanunsuz torpaq satışından əldə olunan milyardlar hara gedir?


Zabratda son bir neçə ayın ərzində 307 saylı orta məktəbin ətrafındakı 3 hektar ərazinin satışından 30 milyon manat vəsait əldə olunub; bələdiyyə sədri Adil Hənəfiyev satılan əraziləri sənədləşdirməyib və faktiki olaraq satışdan əldə olunan gəlir mənimsənilib…

Son aylar Bakıda torpağın qiymətinin kəskin qalxması bələdiyyə sədrlərini torpaqların ucdantutma satışına həvəsləndirib. 2007-ci ildə ölkə prezidentinin verdiyi sərəncama əsasən bələdiyyə torpaqları hərraclarda satılmalı olsa da, hələ bu günə qədər ölkədə bələdiyyələrin torpaq satışı üçün hərrac həyata keçirməsi haqqında heç bir fakta rastlanmayıb. Hətta bu günə qədər heç bir bələdiyyə hərrac keçirməsi haqqında elan belə verməyib. Dövrü mətbuatda da hər hansı bir bələdiyyənin hərrac keçirməsi barədə heç bir məlumata rast gəlməyib. Amma buna baxmayaraq 2007-ci ildən bəri Bakı şəhərində bələdiyyələr tərəfindən milyardlarla manatlıq torpaq satılıb. 

Bələdiyyələrin prezidentin verdiyi sərəncama riyaət etməməsi ilə yanaşı satılan torpaqlardlan əldə olunan milyardlarla manat vəsaitin hara sərf olunması barədə heç bir məlumat yoxdur. Bakının qəsəbələrinin sosial inkişafında böyük əsaslı maliyyə mənbəyi olan bu vəsaitlərin mənimsənilməsi heç kimdə şübhə doğurmur. Bir çox hallarda isə bələdiyyələrin vətəndaşlara verdikləri sənədlərin heç bir hüquqi əsası olmur. Bu isə o deməkdir ki, ölkə bələdiyyələri, xüsusilə Bakı bələdiyyəlri dələduzluqla məşğul olurlar. Hazırda bu problem on minlərlə kasıb və möhtac insanın ən böyük problemlərindən birinə çevrilib.

Bununla yanaşı bələdiyyə sənədlərini yoxlayarkən məlum olacaq ki, torpaqların satılması barədə hərraclar keçirilib. Bu hərraclardan heç kimin hətta torpaqları alanların xəbəri belə olmasa da, sənədlərdə bələdiyyə sədrləri hərracların keçirildiyini iddia edəcəklər. Əslində torpaqları satanlar bələdiyyə sədrlərinə, onların müavinlərinə bağlı olan dəllallar və dələduzlardır ki, həmin dəllallar on minlərlə insanı aldadaraq onların son ümidlərinin üstündən xətt çəkməklə məşğuldurlar. Təbii ki, həmçinin sənədlərdə satılan torpaqların qiyməti su qiymətinə göstərilir və bu qiymətləri gördükdən sonra hər kəs hektarlarla torpaq almaq fikrinə düşə bilər. Bütün bunların müqabilində isə ortada talan olunan bələdiyyə torpaqları və bir neçə bələdiyyə məsulunun və icra orqanlarının vəzifəli məmurlarının mənimsədikləri milyardlar var.

PİA.AZ-a Zabrat bələdiyyəsi ilə bağlı daxil olan məlumatda da yuxarıda göstərilən özbaşınalıqlar və böyük korrupsiya faktları öz əksini tapıb. Belə ki, son bir neçə ayda Zabrat bələdiyyəsinin sədri Adil Hənifəyev 307 saylı orta məktəbin ətrafındakı torpaqları sənədsiz-sübutsuz satmaqla məşğuldur. Daha doğrusu həmin ərazi bir neçə ay ərzində satılıb qurtarıb. Satılan ərazinin isə 3 hektardan artıq olduğu bildirilir. Bələdiyyə sədrinin alıcılara verdiyi sənədin heç bir hüquqi əsası yoxdur və ondan gələn bələdiyyə sədri və yaxıd icra hakimiyəti həmin torpaqları «sahib»lərindən çox asanlıqla geri ala bilərlər. Bundan ziyan çəkənlər isə yüzlərlə bütün ömrü boyu çalışıb ev sahibi olmaq arzusu ilə yaşayan kasıb insanlar olacaq. Amma Adil Hənifəyevi vəzifədə olduğu zaman yol verdiyi böyük korrupsiyaya və dələduzluğa görə heç kim məsuliyyətə cəlb etməyəcək. Hansı ki, bir müddət əvvəl SOCAR Binəqədi və digər ərazilərdə qanunsuz satılmış torpaqlarda söküntü işləri apardığı zaman insanlara qanunsuz torpaq satdığına görə heç kim məsuliyyətə cəlb olunmadı. Amma minlərlə insan malını mülkünü itirdi.

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Adil Hənifəyev 307 saylı orta məktəbin ətrafındakı torpaqların 1 sotunu 10 min manata satır.  Yəni faktiki olaraq Zabratda son bir neçə ayın ərzində 307 saylı orta məktəbin ətrafındakı 3 hektar ərazinin satışından 30 milyon manat vəsait əldə olunub. Nəzərə almaq lazımdır ki, Adil Hənifəyev illərdir ki, Zabratda onlarla hektar əraziləri satıb. Bildirilir ki, son 5 ildə Zabrat bələdiyyəsində 100 hektara yaxın ərazi satılıb. Əgər bu satışdan əldə olunan milyonlar Zabratın sosial inkişafına və industriyasına sərf olunsaydı, o zaman Zabrat qəsəbəsinin heç bir problemi qalmazıd. Həmçinin digər qəsəbə və bələdiyyələrində. Yəni faktiki olaraq hər il milyardlarlam manat vəsait bələdiyyə büdcələrinə daxil olaraq yerli infrastrukturun inkişafına sərf olunmsı gərəkdiyi halda, bu vəsaitlər ayrı-ayrı adamların cibinə daxil olur. Digər tərəfdən isə ölkəninin kasıb təbəqəsi dələduzluqla üz-üzə qalaraq öz mülklərini daima risk altında saxlayırlar.

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, vətəndaşlar aldıqları torpaqların sənədsiz olmasına tərəddud edərək tikdikləri evlərin nə vaxtsa söküləcəyindən ehtiyyat etsələrdə Bələdiyyə sədri Adil Hənifəyev çox tutarlı bir arqumentdən istifadə edir. Bələdiyyə sədri tərəddüd edən insanlarda ölkə prezidentinin həmin yerdə məktəb tikdirməsi və özünün də açılışda iştirak etməsi ilə arxayınlıq yaradır: «Cənab Prezident burada məktəb tikdirib və açılışında iştirak edib, ona görə də bu əraziləri heç vaxt sökməyəcəklər». 

Məlumatda qeyd olunur ki, Zabrat qəsəbəsində vətəndaşlar bələdiyyə sədrindən torpağın sotun 10 min manata aldıqdan sonra aparılacaq tikinti izninə görə 500 manata qədər yerli icra nümayəndəsinə, sahə müfəkilinə isə 200 manat rüşvət verirlər. Həmin rüşvəti də adamlardan Adil Hənifəyevin adamlarının yığdığı bildirilir.  Bundan başqa tikintinin layihəsinin təsdiq olunması üçün Sabunçu rayonun baş memarına 2000 min manat verilir. Həmi layihə icra hakimiyyətində qeydiyyatdan keçirilmir. Yəni rüşvət alınsa da, faktiki olaraq vətəndaşın evi gecəqondu olur və icra hakimiyyəti istənilən zaman vətəndaşın evini sökmək hüququ olur. Bu hesabların ödənilməsində və baş memara çatdırılmasında da  vasitəçi bələdiyyə sədri Adil Hənifəyevin olduğu bildirilir.

Bundan başqa PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Adil Hənifəyev Zabrat qəsəbə icra nümayəndəsi Vuqar Əsədovla şərik ev alveri ilə də məşğul olur. Belə ki,  bələdiyyə sədri və ira nümayəndəsi 307 saylı orta məktəbin, 15 saylı Bakı Peşə Liseyinin,  Zabrat Diaqnostika Müalicə Mərkəzinin yaxınlığındakı boş qalmış torpaqları müxtəlif adamların sənədləşdirərək həmin ərazilərdə çoxlu sayda evlər inşa ediblər və bundan sonra isə hazır evləri satışa çıxarıblar.  Bildirilir ki, 2-3 otaqlı həmin evlərin minmum satış qiyməti 70 min manatdan başlayır. Qeyd olunur ki, icra nümayəndəsi və bələdiyyə sədri son 2 ildə 100-ə qədər ç hazır ev satıblar. 

Qeyd edək ki, Zabrat Bələdiyyə sədri Adil Hənifəyevin torpaq biznesi maxinasiyaları ilə bağlı araşdırmalarımız davam edir. Bizi izləməkdə davam edin.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar