Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zabitin qanını kimlər batırır?


Prezidentə müraciət


Bir müddət öncə müəmmalı şəkildə dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti Xalid Şirəliyevin anası Zahirə Şirəliyeva yenidən ölkə başçısı İlham Əliyevə və millət vəkili Mehriban Əliyevaya müraciət ünvanlayıb. 

O, müraciətində bildirib ki, hansısa qüvvələr cinayətin obyektiv arşadırılmasına mane olur, oğlunun qanını batırmaq istəyirlər. 

Arqument.az-a daxil olan həmin müraciəti olduğu kimi təqdim edirik:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Bir müddət öncə oğlum Şirəliyev Xalidin döyülərək vəhşicəsinə öldürülməsi ilə bağlı Sizə müraciət etmişdim. Bildirmişdim ki, oğlum – Azərbaycan Ordusunun zabiti Xalid Şirəliyevi Biləcəridəki Hərbi Polisə təhvil verdikdən 4 gün sonra onun öldürülməsi xəbərini aldım. Bədənində döyülərək öldürülməsini təsdiq edən xəsarətlər də var idi. Təəssüflər olsun ki, bəzi qüvvələr bu cür ağır cinayət  hadisəsini başqa istiqamətə yönəldir, faktları ört-basdır etməyə çalışırlar. Onlar bütün imkanlardan maksimum istifadə edirlər ki, oğlumun qanını batırsınlar. Ona görə də hadisə qanuni şəkildə araşdırılmır.

Bir daha məlumat üçün bildirim ki, oğlum Şirəliyev Xalid Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edirdi. O, vətənini və dövlətini sevən zabit idi. Təxminən iyul-avqust aylarında hərbi hissədə baş vermiş hansısa bir hadisə nəticəsində ciddi həyəcan keçirmişdi. Sonra bizə bildirdilər ki, o, həyəcan keçirdiyi üçün sarılıq xəstəliyinə tutulub. Bundan sonra onu müainə və müalicə olunmaq üçün Gəncədəki hərbi hospitala göndərdilər. Orada olduğu müddətdə lazımi səviyyədə müalicə olunmamışdı. Ona görə də bir müddət sonra müalicəsini davam etdimək üçün Bakıdakı Mərkəzi Kliniki Hərbi Hospitala (Papanin) göndərdilər. Beləliklə, oğlum iki hərbi hospital və hərbi hissə arasında get-gəldə idi. Oğlum müalicədə olduğu vaxt zəng edib dedilər ki, ona fərarilik barədə cinayət işi açılıb. Mən oğlumu və müalicə olunduğunu təsdiqləyən sənədləri götürüb Biləcəridə yerləşən Hərbi Polisə getdim.Özünü Hərbi Polisin rəisi kimi təqdim edən polkovnik-leytenant Feyzi Hüseynovla görüşdüm. O, sənədləri gördükdən sonra bildirdi ki, narahat olmayın, heç bir problem olmayacaq. O həmçinin dedi ki, Xalidi yenidən həkim yoxlamasından keçirib hərbi hissəyə göndərəcəklər. Mən də oğlumu Hərbi Polisə təhvil verərək evə qayıtdım. Ancaq 4 gündən sonra onun ölüm xəbərini aldım. Onu da qeyd edim ki, oğlum dəfələrlə orduya getmək üçün Müdafiə Nazirliyinə müraciət etmişdi. Bunu sübut edən rəsmi məktublar, müraciətlər var. Onun bu sahəyə marağı olduğu halda necə ola bilərdi ki, fərarilik etsin?!

Cənab Prezident, inanıram ki, bu hadisəni nəzarətinizə götürüb oğlumun faciəli şəkildə öldürülməsində günahkar olan şəxslərin cəzalandırılmasına göstəriş verəcəksininiz.

Hörmətli Mehriban xanım, ümid edirəm ki, bir millət vəkili olaraq bu məsələni nəzarətinizə götürüb obyektiv və ədalətli araşdırılmasına yardım edəcək, oğlumun qanunın batırılmasına imkan verməyəcəksiniz. Oğlunu faciəli şəkildə itirmiş bir zabit anası olaraq bunu Sizdən xahiş edirəm. 

Ürək yanğısı ilə Masallı rayon Ərkivan qəsəbəsinin sakini Şirliyeva Zahirə Ələsgər qızından

25 yanvar, 2015-ci il 

Telefon: (051) 847 80 59

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar