Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zabit və gizirlərin inzibati qaydada həbsi ləğv edilib


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində monitorinq keçiriblər


Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, bir müddət əvvəl Hərbi Polis İdarəsinə yeni rəis təyin olunub: “Hərbi Polis İdarəsinin yeni rəisi, polkovnik-leytenant Azad Ağayevlə görüşüb, söhbət elədik. Hazırda Hərbi Polis İdarəsinin haupvaxtında 8 əsgər saxlanılır. Onların saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Gün ərzində üç dəfə yeməklə təmin olunurlar, havaya çıxarılırlar. İşgəncə və qeyri-insani rəftarla bağlı faktlar aşkar olunmadı”.
 
E. Behbudov bildirib ki, müdafiə naziri Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmalarının ləğv olunması barədə sərəncam verib: “Mənə bildirdilər ki, nazir Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmaları barədə qərarı ləğv edib. Yəni zabit və gizirlər inzibati qaydada həbs olunmayacaqlar. Lakin hansısa bir cinayət faktı aşkar olunsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Eyni zamanda Zakir Həsənov post patrul xidmət əməkdaşları tərəfindən əsgərlərin yerli-yersiz həbs olunmamaları barədə də göstəriş verib. 

Bəzən məzuniyyətə gələn əsgəri tutub aparırdılar və müəyyən problemlər yaranırdı. Bundan sonra belə hallar baş verməyəcək. Mən bir hüquq müdafiəçisi kimi bu qərarları dəstəkləyirəm. Onu da qeyd edim ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan bizim komitəyə hərbi hissələrlə bağlı heç bir şikayət daxil olmayıb. Ancaq əvvəllər belə şikayətlər çox olurdu”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar