Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuyucu vasitələr qadınlar üçün təhlükəlidir

Norveçdəki Bergen Universtitetinin alimlərin apardıqları araşdırma nəticəsində bəlli olub ki, müntəzəm olaraq yuyucu vasitələrdən istifadə edən qadınların ağciyərlərində və tənəffüs sistemində problemlər yaranır


PİA.AZ MedicalXpress-ə istinadən bildirir ki, araşdırmaya orta yaş həddi 34 olan 6236 qadın cəlb olunmuşdu. Həkimlər 20 il ərzində könüllülərin tənəffüs sisteminin durumunu müşahidə ediblər. Məlum olub ki, yuyucu tozlardan və vasitələrdən müntəzəm istifadə edən qadınlarda tənəffüsün ilk saniyəsində güclənmiş nəfəsalmanın həcmi il ərzində 3,9 millilitr azalıb.

İnsanın tənəffüs zamanı verdiyi nəfəsin ümumi həcmini göstərən ağciyərlərin güclənmiş yaşam həcmi isə evdar xanımlarda il ərzində 4,3 millilitr, xadimələrdə isə 7,1 millilitr azalıb.

Qadınların tənəffüslərindəki bu problem 20 il siqaret çəkən kişilərdə tənəffüs probleminə bərabərdir.

Qadınların tənəffüsündə müşahidə olunan bu hal yuyucu vasitələrin tərkibində olan və təmizlik işləri zamanı ağciyərə düşərək onun selikli qişasını qıcıqlandıran maddə ilə bağlıdır.

Bu isə astma, xərçəng və s. xəstəliklərə səbəb ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar