Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yusif Səfərov küçəsinə çıxış asanlaşacaq

Sürücülərə ŞAD XƏBƏR


Heydər ƏliyevBabək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.
 
Lent.az-a daxil olan məlumata görə, artıq Bakı Nəqliyyat Agentliyinin bununla bağlı hazırladığı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geriyə dönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq.
 
Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən, onlar BabəkXocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar