Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüksək vəzifələrin tutulması müsabiqə ilə müəyyən ediləcək – Siyahı


Azərbaycanda dövlət qulluğuna qəbul zamanı müsabiqə ilə tutulacaq yüksək vəzifələrin siyahısı məlum olub


Fins.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Sahibkarlığa Kömək Milli Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru və onların müavini vəzifələrinə qəbul müsabiqə qaydasında aparılacaq.

Bundan başqa, Naxçıvan Ali Məclisi, Azərbaycan və Naxçıvanın İnsan hüquqları üzrə Müvəkkilləri (Ombudsman), Naxçıvan Ali Məhkəməsi, Naxçıvan Nazirlər Kabineti, Apellyasiya məhkəmələri, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası, Milli Televiziya və Radio Şurası (MTRŞ), Mərkəzi Seçki Komissiyası (MSK), mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanlar, Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının və Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifələrinə qəbul müsabiqə yolu ilə baş tutacaq.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında, Hesablama Palatasının Aparatında, Məhkəmə-Hüquq Şurasının Aparatında, Ombudsman Aparatında, Apellyasiya məhkəmələrinin Aparatında, MSK-nın Aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların Aparatında, Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının Aparatında, MTRŞ-nın Aparatında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində, Sahibkarlığa Kömək Milli Fondu Aparatında, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Aparatında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Aparatında və ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin aparatlarında şöbə müdiri vəzifələrinə imtahanla qəbul həyata keçiriləcək.

Habelə Hesablama Palatası sədrinin köməkçisi, Ombudsmanın köməkçiləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların rəhbərlərinin müşavirləri, köməkçiləri, Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərlərinin müşavirləri, köməkçiləri, MTRŞ sədrinin köməkçisi vəzifələrinə yiyələnmək üçün müsabiqədə iştirak mütləq olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalarla dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı təsnifatların sayı artırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar