Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yük daşımaq çox asanlaşacaq - Yeni aparat hazırlanır


San-Fransiskonun “Elroy air” startapı 300 kilometr məsafəyədək 70 kiloqramlıq yükü daşıya bilən pilotsuz uçan aparatların hazırlanması ilə məşğuldur


Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, tərtibatçıların planına görə, aparat ucqar yerlərə humanitar yardım və bağlamaların çatdırılması ilə bağlı problemlərin həllinə imkan verməklə tez-tez təmir tələb edən və uzaq məsafələrə uça bilməyən kiçik dronlara alternativ olacaq.

“Elroy air” şirkətinin “Aluminum Falcon” adlanan dronu kiçik təyyarə ölçüsündədir. Tərtibatçıların hesablamalarına görə, pilotsuz uçan aparatın sürəti saatda 160 kilometrə çata bilər. Aparat prototipi lidar optik ötürücüləri, kamera və onun anbardan təyinat məntəqəsinə təhlükəsiz və tez uçuşunu təmin edəcək digər ötürücülərlə təchiz edilib. Hibrid mühərrikə malik “Aluminum Falcon” vertikal şəkildə uça və eniş edə bilir.

Məlumata görə, “Aluminum Falcon” aparatının əsas xüsusiyyətlərindən biri  təkcə pilotsuz uçan aparatın deyil, eyni zamanda yük konteynerinin süni intellekt proqramı ilə təchiz olunmasıdır. Bu, ona “ağıllı yükləmə”ni həyata keçirməyə və yük bölməsi tam dolandan sonra uçmağa imkan verəcək. Bütün bağlamaları çatdıran dron anbardan siqnal alaraq bazaya qayıdacaq.

Bildirilir ki, 300 kilometrədək məsafəyə uçmaq qabiliyyəti “Aluminum Falcon” aparatına uzaq məsafələrə uçan dronlarla rəqabət aparmamağa imkan verməklə hava ilə kiçik distansiyalara yükləri daşıyacaq. Bundan başqa, ölçülərin kiçik olması pilotsuz uçan aparatın havada dağlar üzərində hərəkətinə mane olmayacaq. Belə ki, “Aluminum Falcon” süni intellekt sayəsində təpə, ağac və naqillər arasında asanlıqla manevr etməyə imkan verəcək.

Aparatın tam işlək prototipinin təqdimatı 2018-ci ilin yayına, ikiillik sınaqlardan sonra kütləvi istehsalına başlamaq planlaşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar