Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yollarda 300-dən çox dəmir barmaqlıq oğurlandı


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin balansında olan yollardan xeyli sayda yağış barmaqlığı oğurlanıb


Virtualaz.org saytı xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.

A.Nəcəflinin sözlərinə görə, səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri Ziya Bünyadov prospektidir. Prospektdə qısa müddət ərzində 179 ədəd barmaqlıq yoxa çıxıb.

Analoji faktlar Heydər Əliyev prospektinin “Böyük Şor yol qovşağı”ndan “Mərdəkan yol qovşağı”nadək olan hissəsində də qeydə alınıb. Burda oğurlanan yağış barmaqlıqlarının sayı 69 ədəddir.

Nobel prospektində isə yolun hərəkət hissəsinin kənarlarında yerləşən 10 ədəd yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqları götürülüb.

Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib. Faktla bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC rəsmi olaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində işlər aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar