Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yollar bağlanıb, sakinlər evlərinə gedə bilmir - Bakıda kuryoz


Təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin bağlanması həmin ərazidə yaşayan sakinlərin hərəkətində problemlər yaradıb


Qafqazinfo”ya müraciət edən paytaxt sakinləri küçə bağlandığı üçün Neftçilər xəstəxanasına, ərazidə yaşayanlar isə öz evlərinə girib çıxa bilmədiklərini söyləyib.

Sürücülər bu istiqamətdə tək alternativ yolun Mehdi Mehdizadə küçəsi olduğunu, sözügedən küçədə isə hərəkətin təkistiqamətli olduğunu vurğulayıb.

Məsələ ilə əlaqədar olaraq “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Mətbuat katibi bildirib ki, xəstəxananın sağında, solunda, arxa hissəsində sakinlərin istifadə edəcəyi xeyli sayda alternativ yol var:

“Qarşımda xəritə olmadığı üçün ad çəkə bilmirəm. 28 May küçəsi hazırda bağlıdır. Həmin küçə açıq olanda Mehdi Mehdizadə küçəsində hərəkət birtərəfli olur. Hazırda Yusif Səfərov küçəsi də bağlı olduğu üçün müvəqqəti olaraq əks tərəfdən xəstəxanaya doğru hərəkət bərpa edilib. Orada başqa küçələr də var. Təmir işləri gedir və biz yolu bağlamaq məcburiyyətindəyik”. 

A.Nəcəfli yolun hissə-hissə təmir olunmasının çox vaxt alacağı üçün bu qərara gəlindiyini bildirib:

“İşlək ərazi olduğu üçün yolu hissə-hissə təmir etmək olmur. Elə olduğu təqdirdə 1 ay tıxac yaşanacaqdı. Aidiyyyatı qurumlar tərəfindən belə qərara alındı ki, işlərin qısa müddətdə yekunlaşması üçün yol birdəfəlik bağlansın. Təmir işlərinin 2-3 gün ərzində yekunlaşdırılması nəzərdə tutulub. Uzun və geniş bir yoldur, biz yenidənqurmanı maksimum dərəcədə tez bir müddətə bitirməyə çalışacağıq”.

Qeyd edək ki, 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar da təmir işləri bitənə qədər, alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar