Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol kənarında yaşayan maşın sahiblərinə pulsuz yer ayrılacaq


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb


Strateq.az xəbər verir ki, fərmana əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.15.13-cü və 3.15.14-cü yarımbəndlər əlavə edilib:

“3.15.13. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə uyğun olaraq, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün, onların müraciətinə əsasən, pulsuz parklanma yerləri ayırır və onlara fərdi parklanma talonu verir;

3.15.14. fərdi parklanma talonuna dair məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsini təmin edir.”.

4.9.16-cı yarımbəndə “dayanacaq” sözündən sonra “meydançaları və parklanma” sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda 4.15.9-1-ci yarımbənd əlavə edilsin:

“4.15.9-1. dövlət avtomobil yollarında parklanma yerlərinin təşkili ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflər vermək;

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar