Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yohann Şnayder-Amman: Mən Azərbaycanda özümü evdəki kimi hiss edirəm


Bu gün İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamentinin rəhbəri, federal müşavir Yohann Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye parkında tikintisi davam etdirilən SIKA (İsveçrə) şirkətinin tikinti qatışıqları üçün xammal və hazır məhsul istehsalı üzrə zavoduna səfər edib


PİA.AZ Trend-ə istinadən bildirir ki, nümayəndə heyəti işlərin gedişi ilə tanış olub.

Y.Şnayder-Amman özünü Azərbaycanda evdəki kimi hiss etdiyini deyib:

"Mən Azərbaycanda İsveçrə şirkətinin zavoduna gəlməkdən məmnunam. Digər İsveçrə şirkətləri kimi SIKA da öz sahəsində liderdir. SIKA Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir, amma istehsalat sahəsinin yaradılması çox vacib hadisədir. İsveçrəli investorlar üçün əlverişli mühit yaratdıqları üçün Azərbaycan rəhbərliyinə minnətdaram".

Öz növbəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev SIKA zavodundan danışarkən bildirib ki, beş il əvvəl bu ərazidə heç bir şərait yox idi:

"Ərazidə köhnə sovet zavodlarının tullantıları var idi və bura təhlükəli tullantılar poliqonunu xatırladırdı. Dövlət investisiyalarının hesabına 500 hektar ərazi təmizləndi və biz qapıları rezidentlər üçün açdıq. Bu cür zavodların yaradılması ölkədəki maliyyə və siyasi sabitlik hesabına mümkün oldu".

Nazir əlavə edib ki, SIKA zavodunun yaradılması üçün 3,5 milyon dollar investisiya qoyulub və bu müəssisə 80 yeni iş yerinin açılmasına imkan verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar