Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yığmamızın hücumçusu Türkiyədə bombardir oldu

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XXI turun qarşılaşmaları keçirilib


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, qonşu ölkədə mübarizə aparan Azərbaycan millisinin oyunçuları da meydana çıxıblar.

Belə ki, millimizin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu "Fənərbaxça" "Çanakkale" səfərində 3:1 hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 24 xal toplamaqla görüşün bombardiri olub.

"Beylikdüzü"ndə oynayan Yana Kulan da XXI turun ən yaxşılarından seçilib. Onun komandası "Nülufer Bld" klubuna 2:3 hesabı ilə məğlub olsa da, hücumçumuz 28 xalla qarşılaşmanın ən məhsuldar voleybolçusu adını qazanıb.

Yığmamızın kapitanı Odina Bayramovalı "Seramiksan" isə "Vakıfbank" səfərində heç nə ilə yadda qalmayıb. Onların 0:3 hesabı ilə uduzduğu görüşdə voleybolçumuzun 5 zərbəsi komandasına xal gətirib.

Marqarita Əzizovanın çıxış etdiyi "Beşiktaş" isə turun sensasiyasını rəsmiləşdirib. Onlar "Qalatasaray" səfərindən qələbə ilə dönüblər. 3:2 hesablı qələbədə voleybolçumuz 1 xal yığıb.

Qeyd edək ki, XXI turdan sonra turnir cədvəlində "Fənərbaxça" 3-cü (45 xal), "Beşiktaş" 7-ci (26), "Beylikdüzü" 9-cu (22) və "Seramiksan" 10-cu (21 xal) yerdə qərarlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar