Xəbər verdiyimiz kimi, məşhur sovet və Rusiya şairi Yevgeni Yevtuşenko 85 yaşında vəfat edib
Dostu Mixail Morqilisin dediyinə görə, Yevtuşenko ağır vəziyyətdə xəstəxanaya çatdırılandan 5 dəqiqə sonra dünyasını dəyişib. O, ağır xərçəng xəstəsi idi.
Yevtuşenko 1991-ci ildən Amerikada yaşayırdı. M.Morqilisin sözlərinə görə, nəşi Moskvaya, Peredelkinoya gətiriləcək və dəfn mərasimi öz doğma vətənində olacaq.
Yevgeni Yevtuşenko Boris Pasternakın yanında dəfn olunmağı vəsiyyət edib.(kulis.az)
pia.az