Çərşənbə, 16 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Yevlaxda qəza: yaralılar var


Yevlax rayonunda baş verən yol qəzasında xəsarət alan digər iki nəfərin şəxsiyyəti məlum olub


Bunlar 1999-cu il təvəllüdlü, Yevlax şəhər sakini Niftalıyeva Leyla Rəşid qızı və Abbasova Elnarə Rəşid qızıdır. 

Qeyd edək ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun 7-ci kilometrliyində, Yevlaxın Əkşəm kəndi yaxınlığında qeydə alınıb. Nəticədə 3 nəfər xəsarət alıb. Onlarda biri Yevlax rayon, digər ikisi isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. L.Niftalıyeva 7 aylıq hamilədir. O, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ginekologiya şöbəsində müayinə olunaraq ilkin tibbi yardım aldıqdan sonra durumu stabilləşib və evə buraxılıb. E.Abbasovanın müalicəsi isə xəstəxana şəraitində davam edir. (report.az)

pia.az
Etiket:
loading...