Yevlax sakinindən külli miqdarda narkotik vasitə götürülüb
PİA.AZ DİN-in saytına istinadən verdiyi məlumata görə, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Müşfiq Məmmədovdan 2 kiloqram 286 qram marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az