Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerində sayan nazirlər


Onları dəyişməyə dəyərmi; ekspertlər problemi kadrların yox, sistemin yararsızlığında görür...


Son dövrlər ölkədə baş verən yeni nazir təyinatlarının həmin sahədə heç bir müsbət dəyişikliyə səbəb olmadığı bildirilir. Məsələn, artıq təyinatından bir il ötən təhsil naziri Mikayıl Cabbarovun gözləntiləri doğrultmadığı bildirilir. 

Ekspertlərin fikrincə, həm təhsil naziri, həm də ondan sonra dəyişdirilən müdafiə, həmçinin sosial müdafiə nazirləri, daha əvvəl dəyişdirilən səhiyyə naziri öz sahəsindəki problemləri çözmək iqtidarında deyillər. Elə isə, nazirləri dəyişməyə dəyərmi? Ekspertlər bu məsələyə də fərqli yanaşırlar.

Ekspert Natiq Miri deyir ki, nazirlərin dəyişilməsi əslində konfiqurasiyadır: “Yəni fiqurların dəyişdirilməsindən söhbət gedir, ancaq bütöv mənada mahiyyət dəyişmir. Mahiyyət dəyişmədikcə də fiqurların yerinin dəyişdirilməsi heç nəyi dəyişmir. Çünki bu sistem mahiyyətcə, kökündən dəyişdirilməsə, bu sistemdə təşəbbüskarlıq olmayacaq. Yəni kadrın yaxşı, ya pis olması indiki şəraitdə qətiyyən rol oynamır. Hazırkı hakimiyyətdə hər şey o qədər mərkəzləşdirilib ki, hamı yuxarıdan nəsə xüsusi bir tapşırıq gözləyir ki, nəyisə icra etsin. Ancaq xüsusi bir təşəbbüskarlıq olduğu təqdirdə hər bir nazirlik özünün öhdəsinə düşən işi yerinə yetirir və bununla bağlı Milli Məclisin qarşısında hesabatlı olur. Ancaq bizdə MM-in qarşısında bütün hesabatlar yalnız formal xarakter daşıyır. Ona görə də sistemli, kökündən, idarəetmənin özünün mahiyyəti dəyişmədən bu cür konfiqurasiyalar kadrların yerinin dəyişdirilməsi, birinin çıxarılıb digərinin əvəzlənməsi heç nəyi dəyişməyəcək. 



Ola bilsin ki, şəkilcə müəyyən yeniliklər gətirə bilər, müəyyən rəng də gətirə bilər. Ancaq mahiyyət etibarı ilə bu, bütövlükdə gedən prosesləri dəyişdirmək imkanına malik olmayacaq. Ona görə də burada köklü islahatlar getməlidir. Bu köklü islahatların kontekstində kadr islahatları getməlidir. Ona görə birinci mənə elə gəlir ki, dəyərlər dəyişdirilməlidir. Ancaq bu gün dəyərlər nədən ibarətdir? Daha çox hakimiyyətin verdiyi inzibati resurslardan istifadə etmək, daha çox qazanmaq və varlanmaqdan. Ancaq geniş mənada cəmiyyətə xidmət etmək dəyərləri ilə əvəzlənməlidir. Yəni hamı hamı üçün işləməlidir. Bizdə isə əksinədir. İdarəetmə dəyişməlidir, tamamilə, bütövlükdə quruluşun özü sistematik dəyişməlidir. Onda xalq da, cəmiyyət də bu dəyişikliyin mahiyyətini hiss edə bilər. Əks təqdirdə, bu, sadəcə olaraq formal dəyişikliklərdən ibarətdir ki, bütövlükdə sistemin mahiyyətinə təsir etmir”.



Ekspert Ərəstun Oruclu isə deyir ki, istənilən halda bu və ya digər insanın dövlət postunda uzun müddətdə qalması məqsədəuyğun sayılmır: “Burada söhbət normal idarəçilik praktikasından gedir. Amma avtoritar və totalitar dövlətlərdə bəzən bu postlar az ala əbədi olur. Azərbaycan da bu yolla gedir. Yüksək rəsmilərin tutduğu posta baxsaq görərik ki, mütləq əksəriyyət on ildən artıqdır eyni postda oturub və faktiki olaraq heç bir irəliləyiş yoxdur həmin sahədə”. 

Dəyişən nazirlərin islahat apara bilməməsinə gəldikdə isə, müsahibimiz deyir ki, burada günah bu və ya digər nazirdə deyil: “Başlıca səbəb idarəetmə sisteminin özündədir. Düşünmürəm ki, Azərbaycanda hansısa nazir müəyyən sərbəstliyə, müstəqilliyə malikdir ki, rəhbərlik etdiyi sahədə müəyyən səthi islahatlar apara bilsin. Bunu üçün dövlət siyasəti  dəyişməlidir”. Onun sözlərinə görə, hakimiyyət bütün sahələrdəki problemləri bilir və qarşısını almır: “Çünki maraqlı deyil. Əgər bu hakimiyyətin siyasətidirsə, bir nazir, nazirlik aparatı bütövlükdə nəyə nail ola bilər? Azərbaycan reallığında istər nazir, istər icra hakimiyyəti başçısı olsun, hətta baş nazir olsun, onlar heç bir halda ölkədə bu və digər sahədə vəziyyəti dəyişə bilməzlər. Bunun üçün siyasi qərar, siyasi iradə olmalıdır”.
Deputat Zahid Oruc isə qeyd edir ki, ümumən 2013-cü il prezident seçkilərindən sonra öz vəzifəsinə təkrarən təyin olunmuş, yaxud əvvəl başqa bir hökumətdə səlahiyyət daşımış, indi yeri dəyişmiş şəxslərin fəaliyyətinə fərqli meyarlardan yanaşılmalıdır: “Ölkə başçısı, məsələn, nədən müdafiə nazirini dəyişdi? Bu illər ərzində silahlı qüvvələrə dövlətin yönəltdiyi böyük investisiyalar və büdcə vəsaitləri fonunda hələ də idarəetmənin effektli olmaması fonunda cəmiyyətin də xeyli etimadsızlıqları vardı. Elə düşünürəm ki, bu dəyişiklik yerinə düşüb.

 Məsələn, Zaur Həsənovun təyinatı bu dövr ərzində sadəcə kadrların yerini dəyişmək və yaxud təzələmək mənasında deyil, ciddi islahatlar anlamındadır. Etiraf etmək lazımdır ki, ordu işi on illər tələb edir. Bu mənada hər halda əsgər ölümləri faktının bu gün də qalması heç bir halda bu təyinatın oluşdurulduğu nəticəsini vermir. Elə hesab edirəm ki, o adamın milli vətənpərvər olması, işinə peşəkarlıqla yanaşması müəyyən Azərbaycan insanından güclü ordu formalaşdırmağa imkan verəcək. Hamımız, bütün qüvvələrin bunu görməsi bir millət olaraq işimizin xeyrinə işləyəcək. 

Yaxud sosial müdafiə nazirinin də təyinatını eyni qəbildən əsaslandıra bilərəm. O ki qaldı ən azı obrazlı deyilən ünvanlı yardımın 6 ay hansısa məmurlara qalması, 6 ay isə o insanlara çatması, o siyasəti effektsiz edirdi, ünvansızlıq şəraitini yaradırdı. Haqlı olaraq cəmiyyətdə də çox ciddi sosial narazılıqlar doğururdu. Mənə elə gəlir ki, bu da yerinə düşən addım olub. Təhsil nazirinə gəlincə, o, seçkilərdən öncə dəyişdirilmişdi. Bunun özü də bir anlamda idi ki, Azərbaycan prezidentini o sferadakı problemlərin durumu, cəmiyyətdən aldığı mesajlar razı salmamışdı. Və etiraf etmək lazımdır ki, ikili baxış var. Bir qisim, hissə elə hesab edir ki, cəmiyyətdə sosial, siyasi inqilablar zərərlidir, lakin təhsil, yaxud səhiyyə inqilabları millətin faydasına işləyir. 

Ona görə də hansı ideya qalib gələrdi - bunun üzərində müxtəlif ictimai polemikalarda oluruq. Əslində yeni nazir Mikayıl Cabbarovun müəyyən bir dəyişiklik istəkləri, atdığı addımlar ən azı təhsildə yuxarıdan korrupsiya hallarına yol verilməməsi bir faktdır. Amma bununla bərabər, mən sizinlə orada razıyam ki, bizim arzularımız məktəblərin bütövlükdə yalnız Təhsil Nazirliyinə aid olması, digər icra orqanlarının onun üzərində əl qoymaması, bundan da irəli gələn digər neqativlər, həmçinin müəllimlərin attestasiyasının keçirilərək ən yüksək pilləyə daşıyanların zəhmətinə və potensialına uyğun maaşla təminatı, müəllimlərin dövlət qulluqçusu statusu, o cümlədən ali təhsil sferasında atılacaq addımların sürətinin daha yüksək olması arzulanır. Bütün hallarda elə hesab edirəm ki, yeni nazir də cəmiyyətlə daimi təmasdadır, qapalı bir insan deyil, kommunikativdir və əminəm ki, o ictimai impulslar ona da çatır. Milli inkişafın elə bir mərhələsindəyik ki, kimsə o prosesin qarşısında tormozlayıcı qüvvəyə çevrilə bilməz, nazirliyin fəaliyyəti cəmiyyət üçün də qabarıq görünəcək. O halda həmin adamların dəyişdirilməsi və o nazirlərin yerinə yenisinin təyin olunması qaçılmazdır və bir gerçəkliyə çevriləcək”. (yeni müsavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar