Ermənistanın paytaxtı Yerevan şəhərində hökümət binasının qarşısında etiraz aksiyası keçirilib
Virtualaz.org “1in.am” erməni nəşrinə istinadən xəbər verir ki, etiraz edənlər fəaliyyəti dayandırılmış Nairi zavodunun işçiləri olub.
Onları zavodun yenidən fəaliyyətə başlamasını, gecikdirilən maaşların verilməsini tələb ediblər.
Qeyd edək ki, bu, Nairi zavodunun işçilərinin birinci etiraz aksiyası deyil.
pia.az